Qarabağ üçün bu rəqiblə Portuqaliyada oynamaq çətin olacaq, amma... Samir Əliyev
Icma.az bildirir, Fanat portalına istinadən.
Sabah azərbaycanlı futbolsevərlərin bütün diqqəti Portuqaliyada olacaq. Çempionlar Liqasının Liqa mərhələsində mübarizə aparmaq hüququ qazanan "Qarabağ" Bakı vaxtı ilə 23:00-da Lissabonda "Benfika" ilə üz-üzə gələcək. Azərbaycan millisinin sabiq hücumçusu Samir Əliyevlə əlaqə saxlayıb oyundan nə gözlədiyini soruşduq.
Onun FanatpAz-a açıqlaması belə oldu:
"Çempionlar Liqası nə Konfrans Liqasıdır, nə də Avropa Liqası. Çempionlar Liqası tamam başqa səviyyədir. Biz Avropanın qitənin ən böyük klublarının, ulduz futbolçularının çıxış etdiyi turnirdən danışırıq. Təbii ki, bu turnirdə sürət də, temp də başqadır. "Qarabağ"ın Çempionlar Liqasının Liqa mərhələsinə düşməsi özü bir uğurdur.
"Benfika" xüsusi təqdimata ehtiyacı olmayan böyük klubdur. "Qarabağ" üçün bu rəqiblə Portuqaliyada oynamaq çətin olacaq. Amma "Qarabağ" əvvəllər də "Benfika" səviyyədə rəqiblərlə oyunlarda bütün Avropanı yaxşı mənada təəccübləndirməyi bacarıb. "Atletiko Madrid", "Bayer Leverkuzen", "Braqa" ilə matçları hamımız xatırlayırıq. Ümid edirəm ki, "Qarabağ" bu mövsüm də Çempionlar Liqasında layiqli mübarizə apararaq bütün Azərbaycanı sevindirəcək".
Nihat


