“Qarabağ” Ukrayna komandası ilə oyun üçün heyəti açıqladı Yenilənir
Qol.az saytına istinadən Icma.az xəbər verir.
Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün ilk yoxlama oyununa çıxacaq.
QOL.az xəbər verir ki, Ağdam təmsilçisi Ukraynanın "Metallist 1925" (Xarkov) komandası ilə üz-üzə gələcək.
Oyun Bakı vaxtı ilə saat 19:30-da başlayacaq. "Metallist 1925" yeni mövsümdən Ukrayna Premyer Liqasında çıxış edəcək.
Bakıdakı ilk yoxlama matçında "Zirə"yə 4 cavabsız qolla qalib gələn Qurban Qurbanovun komandası iyulun 11-də “Tvente” ilə iki görüşə çıxacaq. Niderland təmsilçisi ilə oyunlar Bakı vaxtı ilə 17:00 və 19:15-də start götürəcək.
İyulun 15-də toplanışın son matçında isə "Qarabağ"ın rəqibi “Zalsburq” (Avstriya) olacaq. Görüş Bakı vaxtı ilə 20:00-da başlayacaq.
Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək "Qarabağ"ın Avstriya toplanışı iyulun 16-da yekunlaşacaq.
"Qarabağ" sözügedən görüşə bu heyətlə çıxacaq: 99. M. Koxalski, 2. M. Silva, 81. K. Medina, 27. T. Bayramov, 18. Dani Bolt, 35. Pedro, 8. M. Yankoviç, 20. Kadi, 10. A. Zubir (k), 15. L. Andrade, 90. N. Axundzadə
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 97. Fabiyan Buntiç, 89. Amin Ramazanov, 13. Bəhlul Mustafazadə, 55. Bədavi Hüseynov, 6. Habib Qədirov, 30. Abbas Hüseynov, 26. Amin Rzayev, 44. Elvin Cəfərquliyev, 32. Hikmət Cabralıyev, 11. Emmanuel Adai, 19. Mehdi Mütəllimli, 21. Aleksey Kaşuk, 17. Rüstəm Əhmədzadə, 22. Musa Qurbanlı.
Bizi İnstaqramda izləmək üçün keçid et
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 07 İyul 2025 18:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















