Qarabağ Universiteti abituriyentlər üçün maarifləndirmə görüşlərinə start verib
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 13 may, AZƏRTAC
Qarabağ Universiteti 2025/2026-cı tədris ilində abituriyentlər üçün maarifləndirmə kampaniyasına başlayıb.
Universitetdən AZƏRTAC-a bildirilib ki, ilk görüşlər paytaxtın Nizami rayonunun Milli Qəhrəman M.Rüstəmov adına 32 nömrəli tam orta məktəbində və Kimya-biologiya təmayüllü Respublika liseyində keçirilib.
Görüşdə Qarabağ Universitetinin Humanitar və sosial elmlər fakültəsinin dekanı Elmar Mustafayev, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aytən Quliyeva, İncəsənət fakültəsinin kafedra müdiri Arslan Növrəsli, Beynəlxalq Dil Mərkəzinin müəllimi Aytac Yolçuyeva və abituriyentlər iştirak ediblər.
Qarabağ Universitetinin nümayəndələri təqdimatla çıxış edərək tədris proqramları, fakültələr, ixtisaslar, Beynəlxalq Dil Mərkəzinin fəaliyyəti barədə ətraflı məlumat veriblər.
Görüşdə, həmçinin Qarabağ Universitetinə tələbə qəbulu ilə bağlı maarifləndirici söhbət aparılıb, universitetin üstünlükləri, tədris prosesi, müəllim heyəti, təqaüd imkanları, yataqxanası və digər müvafiq məsələlər barədə ətraflı məlumat verilib.
Baxış sayı:94
Bu xəbər 13 May 2025 10:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















