Icma.az
close
up
RU
Menu

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

Qarabağ Universitetində konfrans keçirildi Fotolar

Qarabağ Universitetində konfrans keçirildi Fotolar

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Oktyabrın 31-də “Konstitusiya və Suverenlik İli” çərçivəsində Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində “Məhkəmə sisteminin inkişafının konstitusiya təminatı: müasir çağırışlar” mövzusunda konfrans keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, Ali Məhkəmə, Məhkəmə-Hüquq Şurası və Qarabağ Universitetinin birgə təşkilatçılığı ilə keçirilən konfransda dövlət rəsmiləri, hakimlər, məhkəmə ictimaiyyətinin nümayəndələri, eləcə də universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər. 

Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunmasının dövlətçiliyin möhkəmlənməsi və hüquqi dövlətin inkişafı baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Qeyd edilib ki, aparılan məqsədyönlü islahatlar məhkəmə-hüquq sisteminin inkişafına, onun müstəqilliyinin və şəffaflığının təmininə xidmət edir. Vurğulanıb  ki, elektron məhkəmə sistemlərinin tətbiqi, hakimlərin seçimi mexanizmlərinin təkmilləşdirilməsi və gənclərin hüquq sahəsinə marağının artması bu sahədə mühüm nailiyyətlərdəndir.

Qeyd edilib ki, 1995-ci ildə qəbul olunmuş Konstitusiya Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə müstəqil dövlət quruculuğunun hüquqi bünövrəsini formalaşdırıb. Hazırda ölkəmizdə Konstitusiyanın ideyaları Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilir. Çıxışda həmçinin məhkəmə sisteminin müasir tələblərə uyğun qurulması, innovativ texnologiyaların tətbiqi və ədalətə inamın möhkəmləndirilməsinin əsas hədəflərdən olduğu vurğulanıb.

Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsi Elçin Yusubov bildirib ki, Azərbaycan xalqı bu il təkcə Konstitusiyanın qəbulunun ildönümünü deyil, həm də onun prinsiplərinin həyatda bərpası mərhələsini yaşayır. 1995-ci ildə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilmiş Konstitusiya müstəqil dövlət quruculuğunun, insan hüquq və azadlıqlarının təminatçısına çevrilib. Konstitusiyada təsbit olunmuş ərazi bütövlüyü prinsipi Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə aparılan Vətən müharibəsi və antiterror tədbirləri nəticəsində tam bərpa edilib. Bu qələbə təkcə hərbi deyil, həm də hüquqi və konstitusion ədalətin bərpasıdır. Azad olunmuş ərazilərdə aparılan bərpa və məskunlaşma prosesi, o cümlədən Xankəndidə yaradılan müasir infrastruktur, Konstitusiyanın insan rifahı və ədalət prinsiplərinin təzahürüdür.

Qeyd olunub ki, məhkəmə sistemi Konstitusiyanın həyata keçirilməsinin əsas təminat mexanizmidir və islahatlar ədalətə inamı möhkəmləndirir.  Elektron məhkəmə sistemi və infrastruktur islahatları ədalətə çıxış imkanlarını genişləndirib, işğaldan azad olunmuş ərazilərdə yeni məhkəmə strukturlarının yaradılması isə ədalətin bərpasında mühüm rol oynayır. Vurğulanıb ki, “Konstitusiya və Suverenlik İli” dövlətin gücünün ədalətli qanun tətbiqində təcəssüm etdiyini xatırladır və hər bir hüquqşünas bu prinsiplərin qoruyucusu olmalıdır.

Qarabağ Universitetinin rektoru Şahin Bayramov çıxışında bildirib ki, suverenlik mövzusuna həsr olunmuş tədbirin məhz Xankəndidə keçirilməsinin xüsusi mənası var. Çünki məhz Xankəndinin azad edilməsi ilə Azərbaycanın dövlət suverenliyi tam bərpa olunub. Qeyd edilib ki, Qarabağ Universiteti bölgədə məskunlaşma prosesinin önündə gedən ali təhsil müəssisəsi kimi təkcə tədris deyil, həm də elmi-tədqiqat və innovativ həllərin hazırlanması istiqamətində fəaliyyətini genişləndirir. Vurğulanıb ki, hüquqşünaslıq ixtisasında yeni dövrün tələblərinə uyğun tədris planı hazırlanır və universitet savadlı, peşəkar hüquqşünasların yetişdirilməsində maraqlıdır. Həmçinin Qarabağ Universiteti ilə Ali Məhkəmə arasında əməkdaşlığın vacibliyi bildirilib və qeyd edilib ki, universitetin müəllimləri arasında artıq hakimlər də fəaliyyət göstərirlər.

Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının rəisi Elşad Nəsirov çıxışında qeyd edib ki, Azərbaycan Respublikası Konstitusiyasının qəbulu müstəqilliyin itirilməsi təhlükəsi ilə üzləşdiyimiz mürəkkəb dövrə təsadüf edib. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə müstəqilliyimizin qorunub saxlanılması xalqımızın xoşbəxtliyidir. Vurğulanıb ki, Konstitusiyamız dünyanın ən məzmunlu və təkmil konstitusiyalarından biridir və o, Azərbaycan xalqının iradəsini əks etdirir. Qeyd edilib ki, Azərbaycan müstəqil dövlət olsa da, suverenliyi yalnız 2020 və 2023-cü illərdə — şəhidlərimizin qanı, xalqımızın birliyi və Ali Baş Komandanın qətiyyəti sayəsində tam bərpa olunub. Çıxışda Konstitusiyamızda təsbit olunan digər müddəalar, qanunun aliliyi, məhkəmə hakimiyyətinin rolundan bəhs olunub. 

Bakı Dövlət Universitetinin kafedra müdiri, Məhkəmə-Hüquq Şurasının üzvü Əlizadə Məmmədov Azərbaycan Respublikasının 12 noyabr 1995-ci il Konstitusiyasının əhəmiyyəti və onun beynəlxalq hüquqla əlaqəsindən danışıb. Konstitusiyanın Azərbaycan dövlətinin suverenliyini hüquqi olaraq təsdiqlədiyi və müstəqil dövlətin hüquqi əsaslarını formalaşdırdığı vurğulanıb. Bildirilib ki, 2025-ci ilin "Konstitusiya və suverenlik ili" olaraq qeyd edilməsi, Azərbaycanın suverenliyinin daha da möhkəmləndiyini və ərazi bütövlüyünün bərpasını simvollaşdırır. Qeyd olunub ki, Konstitusiya, həmçinin dövlətin daxili hüququ ilə beynəlxalq hüququn qarşılıqlı əlaqəsini tənzimləyən bir sənəd kimi, məhkəmələrə beynəlxalq hüquq normalarını tətbiq etmək imkanı verir. Bu proses, beynəlxalq hüququn üstünlüyünü və onun Azərbaycan hüququ ilə harmonizasiyasını təmin edir. Konstitusiyanın bəzi maddələri, xüsusən insan hüquqlarına aid olanlar, beynəlxalq hüquq normalarının tətbiqi üçün hüquqi çərçivə yaradır.

Xankəndi Şəhər Məhkəməsinin sədri, Məhkəmə-Hüquq Şurasının üzvü İlkin Abdullayev çıxışında bildirib ki, müstəqilliyin əldə edilməsindən sonra müasir dövrün reallıqlarına cavab verən Konstitusiyanın qəbul olunması zərurət idi. Qeyd edilib ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci ildə qəbul edilən Azərbaycan Konstitusiyası dövlət tariximizdə ən əlamətdar hadisələrdən biridir. Vurğulanıb ki, məhkəmə hakimiyyəti cəmiyyətin sabitliyini və davamlı inkişafını təmin edən, eyni zamanda iqtisadi inkişafa stimul verən mühüm institutdur. Cəmiyyətin dinamik inkişafı Konstitusiyanın daim təkmilləşdirilməsini və dövrün çağırışlarına uyğunlaşdırılmasını tələb edir. Məhkəmə sisteminin müasirləşdirilməsi bu baxımdan böyük əhəmiyyət daşıyır. 

Sonda Ali Məhkəmənin İnzibati Kollegiyasının sədri Xəqani Məmmədov, Kommersiya Kollegiyasının sədri Kəmalə Abiyeva və Mülki Kollegiyanın sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Sənan Hacıyev tələbələr qarşısında çıxış edərək Ali Məhkəmənin fəaliyyəti və rəhbərlik etdikləri kollegiyaların iş istiqamətləri barədə ətraflı məlumat veriblər. Həmçinin, tələbələri maraqlandıran suallar cavablandırılıb.





Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:229
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 31 Oktyabr 2025 16:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see388

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see371

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see309

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see304

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see303

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see297

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see289

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see233

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see230

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see229

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see224

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see222

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see220

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see205

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see203

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see197

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see195

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see177

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see172

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri