Icma.az
close
up
RU
Qarabağ Universitetinin yaradılmasının 2 illiyi qeyd edilib

Qarabağ Universitetinin yaradılmasının 2 illiyi qeyd edilib

Icma.az, Ses qazeti saytına istinadən bildirir.

Noyabrın 27-də Xankəndidə Qarabağ Universitetinin İncəsənət fakültəsində ali təhsil müəssisəsinin yaradılmasının 2 illiyinə həsr olunmuş konsert proqramı və sərgi keçirilib. SİA-nın əldə etdiyi məlumata görə, Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, tədbirdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları, universitetin rəhbərliyi, müəllim, tələbə heyəti və media nümayəndələri iştirak ediblər.

Qarabağ Universitetinin rektoru Şahin Bayramov çıxışında ali təhsil müəssisəsinin iki il ərzində keçdiyi inkişaf yoluna toxunub. Rektor Qarabağ Universitetinin həm tədris prosesinin təşkili, həm də elmi və mədəni fəaliyyət sahələrində ardıcıl nailiyyətlər əldə etdiyini vurğulayıb. Ş.Bayramov universitetin Qarabağda ali təhsilin bərpası və inkişafı istiqamətində dövlət tərəfindən qarşıya qoyulan vəzifələrin icrasına töhfə verməyə davam etdiyini qeyd edib və bu cür mədəni tədbirlərin tələbələrin yaradıcı düşüncəsinin, estetik zövqünün və ictimai fəallığının artırılmasında mühüm rol oynadığını bildirib. Rektor, həmçinin bu müddət ərzində universitetin inkişafına töhfə verən bütün əməkdaşları və tələbələri təbrik edərək onlara fəaliyyətlərində uğurlar arzulayıb.

İncəsənət fakültəsinin dekanı Türkər Qasımzadə çıxışında fakültədə aparılan tədris və yaradıcılıq istiqamətli işlər, tələbələrin akademik hazırlığı və müxtəlif incəsənət layihələrinin bölgənin mədəni həyatına verdiyi töhfələr barədə məlumat verib. T.Qasımzadə bildirib ki, fakültə qarşıdakı illərdə də tələbələrin peşəkar inkişafını, yaradıcı potensialının dəstəklənməsini və Qarabağın mədəni mühitinin zənginləşdirilməsinə xidmət edən layihələrin sayının artırılmasını prioritet istiqamət kimi müəyyənləşdirib.

Konsert proqramı Niyazinin "Qaytağı" əsərinin ifası ilə başlayıb. Proqram çərçivəsində İnstrumental ifaçılıq kafedrasının müəllim və tələbələri tərəfindən klassik və milli musiqi nümunələri təqdim olunub. Konsert proqramı "Qarabağ şikəstəsi"nin ifası ilə yekunlaşıb.

Tədbirin ikinci hissəsində Beynəlxalq Uşaq Yaradıcılıq Fondunun və Azərbaycan Rəssamlar İttifaqının üzvü, rəssam Nərminə Vəliyevanın "Güclü ruhlara ithaf" adlı fərdi sərgisi açılıb. Sərgidə Qarabağın bədii irsini əks etdirən müxtəlif rəsm əsərləri nümayiş etdirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 27 Noyabr 2025 23:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri