Qarabağ Universitetinin yeni rəsmi saytı istifadəyə verildi
Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.
Qarabağ Universitetinin yeni rəsmi veb-saytı istifadəyə verilib.
Universitetdən “Qafqazinfo”ya verilən məlumata görə, müasir texnoloji tələblər və istifadəçi rahatlığı nəzərə alınaraq hazırlanmış https://qu.edu.az platforması universitetin fəaliyyəti barədə məlumatların daha operativ, əlçatan və sistemli şəkildə təqdim olunmasını təmin edir.
Bu, dünyanın nüfuzlu universitetlərinin istifadə etdiyi "Drupal" platformasında qurulmuş ilk yerli universitet veb-saytıdır. Veb-sayt yenilənmiş dizaynı, təkmilləşdirilmiş strukturu və funksionallığı ilə seçilir. Platformada universitetin fakültələri, ixtisasları, tədris imkanları, elmi fəaliyyəti, beynəlxalq əməkdaşlıqları, eləcə də son xəbərlər və elanlar barədə ətraflı məlumatlar yer alır. Bununla yanaşı, sayt tələbələr, abituriyentlər, universitetin akademik və inzibati heyəti üçün vacib məlumatlara daha sürətli çıxış imkanı yaradır.
Saytın hazırlanmasında əsas məqsəd istifadəçilərə daha rahat naviqasiya imkanı təqdim etmək, informasiya əlçatanlığını artırmaq və universitetin rəqəmsal kommunikasiya imkanlarını genişləndirmək olub. Yeni platforma vasitəsilə Qarabağ Universitetinin fəaliyyət istiqamətləri, həyata keçirilən layihələr və əldə olunan nailiyyətlər daha geniş auditoriyaya çatdırılacaq.
Eyni zamanda veb-sayt universitetin ictimaiyyətlə əlaqələrinin gücləndirilməsi, informasiya mübadiləsinin sürətləndirilməsi və müasir rəqəmsal mühitə inteqrasiyanın təmin edilməsi baxımından mühüm rol oynayacaq.
Qarabağ Universiteti hər kəsi yeni rəsmi veb-saytı izləməyə dəvət edir: https://qu.edu.az

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 12 May 2026 13:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















