“Qarabağ” və ASA birgə tədbir keçirdi Şəkillər
Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Qarabağ” Futbol Klubu ilə Azərbaycan İdman Akademiyasının (ASA) əməkdaşlığı çərçivəsində həyata keçirilən “Futbol məşqçilərinin peşəkar inkişaf proqramı”nın yekunlarına həsr olunmuş tədbir təşkil olunub.
QOL.az xəbər verir ki, tədbirdə ASA-nın rektoru Fuad Hacıyev və “Qarabağ”ın baş direktoru Emrah Çelikel futbol məşqçilərinin peşəkar hazırlığının təkmilləşdirilməsi, müasir yanaşmaların tətbiqi və akademiyada futbolçu yetişdirilməsi ilə bağlı fikirlərini bölüşüblər.
Fuad Hacıyev Azərbaycan futbolunun inkişafında məşqçilərin məsuliyyətinə diqqət çəkib. O bildirib ki, mütəxəssislərin nəzəri bilikləri və praktiki təcrübələri ilə yanaşı, pedaqoji bacarıqlarının da inkişaf etdirilməsi vacibdir.
ASA rektoru deyib: “Futbol Azərbaycan cəmiyyəti üçün yalnız idman növü deyil, həm də insanların əhval-ruhiyyəsinə, cəmiyyətə təsir edən mühüm amildir. Bu baxımdan, gələcək futbolçuların yetişdirilməsində məşqçilərin üzərinə böyük məsuliyyət düşür. Onlar idmançıların hazırlanması ilə yanaşı, pedaqoji yanaşmalara və fərdi bacarıqların inkişafına da diqqət yetirməlidirlər”.
Fuad Hacıyev, həmçinin komandaların fəaliyyətində həkimlər, psixoloqlar, fiziki hazırlıq mütəxəssisləri və analitiklərin iştirakının əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, idmançıların fiziki və psixoloji vəziyyətinin qiymətləndirilməsi, göstəricilərinin təhlili və fərdi hazırlıq proqramlarının tətbiqi nəticələrin yaxşılaşdırılmasına kömək edə bilər.
Emrah Çelikel isə “Qarabağ”da əməkdaşların, xüsusilə məşqçilərin peşəkar səviyyəsinin yüksəldilməsinin əsas prioritetlərdən biri olduğunu bildirib. Klub rəsmisi qeyd edib: “‘Qarabağ’ klubunda əməkdaşların, xüsusilə məşqçilərin peşəkar səviyyəsinin yüksəldilməsi əsas prioritetlərdəndir. Bu məqsədlə Azərbaycan İdman Akademiyası ilə əlaqə saxladıq və əməkdaşlıq təşəbbüsümüz müsbət qarşılandı. Proqramın reallaşmasına töhfə verən hər kəsə təşəkkürümü bildirirəm”.
Baş direktor futbolçu hazırlığında elmi yanaşmaların tətbiqinin vacibliyini də qeyd edib. O vurğulayıb ki, məşqçilərin şəxsi təcrübəsi ilə kifayətlənmək olmaz, hazırlıq prosesi müasir elmi metodlarla dəstəklənməli, mütəxəssislərin bilik və bacarıqları mütəmadi olaraq artırılmalıdır.
Emrah Çelikel akademiyanın məqsədinin yalnız peşəkar futbolçular yetişdirməkdən ibarət olmadığını da diqqətə çatdırıb. Onun sözlərinə görə, uşaqların tərbiyəli, məsuliyyətli və vətəninə bağlı vətəndaşlar kimi formalaşması da vacibdir. Akademiyada futbolçu olmaq üçün potensialı olan uşaqların idman karyerasını inkişaf etdirməsi üçün şərait yaradılır.
Klubun baş direktoru proqram çərçivəsində keçirilən dərslərdə məşqçilərin iştirak etdiyini, bəzi iştirakçıların təlimləri uğurla başa vurduğunu, digərlərinin isə müəyyən çətinliklərlə üzləşdiyini bildirib. O, məşqçilərin peşəkar inkişafına yönələn bu cür təlimlərin gələcəkdə də davam etdiriləcəyini vurğulayıb.
Aysu Orucova
Yuxarı
Baxış sayı:69
Bu xəbər 19 Oktyabr 2026 16:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















