Qarabağ və Çelsi nin sabiq qapıçısı: Bərabərlik hər iki komanda üçün ədalətli nəticə idi
Icma.az, Xalqcebhesi saytına istinadən bildirir.
"Qarabağ" - "Çelsi" (İngiltərə) oyununda qeydə alınan heç-heçə hər iki komanda üçün ədaləti nəticə olub.
Bunu "Report"a açıqlamasında adı çəkilən komandaların sabiq qapıçısı Asmir Beqoviç deyib.
2015-2017-ci illərdə "Çelsi"nin, 2019/2020 mövsümündə isə "Qarabağ"ın formasını geyinən qolkiper UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turuna təsadüf edən komandaların duelindən danışıb:
"Görüşü izləmək imkanım oldu. Həqiqətən çox baxımlı və maraqlı qarşıalşmaya şahidlik etdik. Azərbaycanlı futbol azarkeşlərini təbrik edirəm. 1 xalı uğurlu nəticə saymaq olar. Matçdan əvvəl proqnozum heç-heçə idi və dediyim kimi də oldu. "Qarabağ"ın oyununa diqqət etdim, çox yaxşı çıxış etdilər. Komanda həqiqətən gücünü artırıb. Onları uğurlu mübarizələrinə görə təbrik edirəm".
Qeyd edək ki, "Qarabağ" - "Çelsi" oyunu 2:2 hesabı ilə yekunlaşıb.
Baxış sayı:41
Bu xəbər 06 Noyabr 2025 17:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















