Icma.az
close
up
RU
Qarabağ və Şərqi Zəngəzurda əsas kənd təsərrüfatı məhsullarının istehsal göstəriciləri CƏDVƏL

Qarabağ və Şərqi Zəngəzurda əsas kənd təsərrüfatı məhsullarının istehsal göstəriciləri CƏDVƏL

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

Bu ilin yanvar-iyul aylarında Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında əsas kənd təsərrüfatı məhsullarının istehsalı üzrə göstəricilər açıqlanıb.

APA-Economics” bu barədə Dövlət Statistika Komitəsinin məlumatları əsasında hesablamalar aparıb.

Dənli və dənli paxlalılar

7 ayda Qarabağ iqtisadi rayonunda dənli və dənli paxlalı bitkilər üzrə məhsul yığımı 395 780,9 ton, məhsuldarlıq 37,2 sent/ha olub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 28,4% və 9,1 çoxdur.

Qarabağ iqtisadi rayonu tərkibində Ağcabədi rayonu üzrə yığım 129 361,0 ton (illik +59,2%), məhsuldarlıq 43,6 sent/ha (illik +3,3%), Ağdam rayonu üzrə yığım 48 114,6 ton (illik +25,0%), məhsuldarlıq 43,6 sent/ha (illik +2,3%), Ağdərə rayonu üzrə yığım 2 590,3 ton (illik +3,6%), məhsuldarlıq 29,6 sent/ha (illik +23,8%), Bərdə rayonu üzrə yığım 55 220,0 ton (illik –5,0%), məhsuldarlıq 42,2 sent/ha (illik +1,4%), Füzuli rayonu üzrə yığım 110 158,7 ton (illik +26,9%), məhsuldarlıq 35,4 sent/ha (illik +3,8%), Xocalı rayonu üzrə yığım 367,2 ton (illik +0,6%), məhsuldarlıq 15,2 sent/ha (illik –29,3%), Xocavənd rayonu üzrə yığım 23 567,5 ton (illik +51,3%), məhsuldarlıq 17,7 sent/ha (illik +46,3%), Şuşa rayonu üzrə yığım 3 601,4 ton (illik +25,2%), məhsuldarlıq 24,6 sent/ha (illik +26,2%), Tərtər rayonu üzrə yığım 22 800,2 ton (illik +2,2%), məhsuldarlıq 39,6 sent/ha (illik +28,6%) təşkil edib.

Şərqi Zəngəzur iqtisadi rayonunda dənli və dənli paxlalı bitkilər üzrə məhsul yığımı 9 100,6 ton, məhsuldarlıq 17,3 sent/ha olub ki, bu da illik müvafiq olaraq 17,6% və 28,2% çoxdur.

Şərqi Zəngəzur iqtisadi rayonu tərkibində Cəbrayıl rayonu üzrə yığım 7 815,0 ton (illik –7,8%), məhsuldarlıq 23,0 sent/ha (illik –15,8%), Kəlbəcər rayonu üzrə yığım 293,2 ton (illik –11,5%), məhsuldarlıq 28,2 sent/ha (illik +10,2%), Qubadlı rayonu üzrə yığım 202,8 ton (illik –73,3%), məhsuldarlıq 3,9 sent/ha (illik –70,0%), Laçın rayonu üzrə yığım 484,4 ton (illik –51,8%), məhsuldarlıq 16,8 sent/ha (illik –10,2%), Zəngilan rayonu üzrə yığım 305,2 ton (illik –36,6%), məhsuldarlıq 3,2 sent/ha (illik –85,0%) təşkil edib.

Kartof

Hesabat dövründə Qarabağ iqtisadi rayonunda kartof bitkisi üzrə məhsul yığımı illik 3,6% azalaraq 10 797,5 ton, məhsuldarlıq isə illik 0,2% artaraq 138 sent/ha olub.

İqtisadi rayonun tərkibində Ağcabədi rayonu üzrə yığım 1 274,6 ton (illik +10,6%), məhsuldarlıq 125,9 sent/ha (dəyişməyib), Ağdam rayonu üzrə yığım 3 319,8 ton (illik +5,1%), məhsuldarlıq 172,0 sent/ha (illik +0,2%), Bərdə rayonu üzrə yığım 2 006,0 ton (illik –8,0%), məhsuldarlıq 127,8 sent/ha (illik +0,9%), Füzuli rayonu üzrə yığım 1 698,7 ton (illik +0,7%), məhsuldarlıq 116,4 sent/ha (illik –3,4%), Xocalı rayonu üzrə yığım 111,0 ton (illik –46,9%), məhsuldarlıq 185,0 sent/ha (illik –2,6%), Xocavənd rayonu üzrə yığım 33,0 ton (illik –16,7%), məhsuldarlıq 94,2 sent/ha (illik –0,1%), Tərtər rayonu üzrə yığım 2 354,4 ton (illik –15,2%), məhsuldarlıq 133,8 sent/ha (illik +1,7%) təşkil edib.

Şərqi Zəngəzur iqtisadi rayonunda kartof bitkisi üzrə məhsul yığımı 628,7 ton, məhsuldarlıq 163,7 sent/ha olub (illik +1,0% və +3,1%).

İqtisadi rayonun tərkibində Cəbrayıl rayonu üzrə yığım 605,5 ton (illik +2,8%), məhsuldarlıq 174,0 sent/ha (illik +0,5%), Zəngilan rayonu üzrə yığım 23,2 ton (illik –30,7%), məhsuldarlıq 64,4 sent/ha (dəyişməyib) təşkil edib.

Tərəvəz

İlin 7 ayından Qarabağ iqtisadi rayonunda tərəvəz üzrə məhsul yığımı 133 465,8 ton, məhsuldarlıq 289,0 sent/ha olub (illik –1,6% və +1,6%).

Qarabağ iqtisadi rayonu tərkibində Ağcabədi rayonu üzrə yığım 5 215,1 ton (illik +6,3%), məhsuldarlıq 319,9 sent/ha (illik –0,9%), Ağdam rayonu üzrə yığım 31 174,5 ton (illik +24,2%), məhsuldarlıq 231,1 sent/ha (illik +8,7%), Bərdə rayonu üzrə yığım 89 368,9 ton (illik –8,6%), məhsuldarlıq 363,6 sent/ha (illik +2,0%), Füzuli rayonu üzrə yığım 1 224,6 ton (illik +1,2%), məhsuldarlıq 72,5 sent/ha (illik –1,6%), Xocalı rayonu üzrə yığım 37,5 ton (illik –10,3%), məhsuldarlıq 125,0 sent/ha (illik –10,3%), Xocavənd rayonu üzrə yığım 42,6 ton (illik +9,0%), məhsuldarlıq 96,8 sent/ha (illik –6,0%), Tərtər rayonu üzrə yığım 5 961,1 ton (illik –9,9%), məhsuldarlıq 132,6 sent/ha (illik +5,1%) təşkil edib.

Şərqi Zəngəzur iqtisadi rayonunda tərəvəz üzrə məhsul yığımı 254,6 ton, məhsuldarlıq 84,3 sent/ha təşkil edib (illik +7,3% və +13,0%).

Şərqi Zəngəzur iqtisadi rayonuna daxil edilən inzibati ərazilərdən Cəbrayıl rayonu üzrə yığım 239,5 ton (illik +10,4%), məhsuldarlıq 99,0 sent/ha (illik +6,3%), Zəngilan rayonu üzrə yığım 15,1 ton (illik –25,2%), məhsuldarlıq 25,2 sent/ha (illik +5,9%) olub.

Meyvə və giləmeyvə

Yanvar-iyulda Qarabağ iqtisadi rayonunda meyvə və giləmeyvə üzrə məhsul yığımı 17 425,3 ton olub (illik +22,1%).

İqtisadi rayonun tərkibində Ağcabədi rayonu üzrə yığım 3 705,8 ton (illik +1,3%), Ağdam rayonu üzrə yığım 816,4 ton (illik +0,8%), Bərdə rayonu üzrə yığım 4 541,0 ton (illik +4,3%), Füzuli rayonu üzrə yığım 402,8 ton (illik +4,5%), Xocavənd rayonu üzrə yığım 292,8 ton (illik +86,7%), Tərtər rayonu üzrə yığım 7 666,5 ton (illik +56,1%) təşkil edib.

Şərqi Zəngəzur iqtisadi rayonunda meyvə və giləmeyvə üzrə məhsul yığımı 327,7 ton olub (illik +4,7%).

Şərqi Zəngəzur iqtisadi rayonu tərkibində Cəbrayıl rayonu üzrə yığım 319,6 ton (illik +4,4%), Zəngilan rayonu üzrə yığım 8,1 ton (illik +15,7%) təşkil edib.

Yekun

Ümumilikdə, 2025-ci ilin yanvar-iyul aylarında Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında kənd təsərrüfatı istehsalında müsbət meyllər üstünlük təşkil edib. Xüsusən Qarabağ iqtisadi rayonunda dənli bitkilər, kartof və tərəvəz üzrə məhsul yığımı artım tempi ilə seçilib. Şərqi Zəngəzur iqtisadi rayonunda da ümumi mənzərə regionda kənd təsərrüfatı potensialının genişləndirilməsi istiqamətində irəliləyişlərin davam etdiyini göstərir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://apa.az
archiveBu xəbər 20 Avqust 2025 10:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see433

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see215

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see205

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see179

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see168

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see164

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see160

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see158

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see155

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see153

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see150

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see150

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see148

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see146

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see142

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see136

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see135

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri