Qarabağ və Şərqi Zəngəzurda görülən işlər birbaşa dövlət başçısının nəzarəti altındadır
Icma.az bildirir, Newscenter.az portalına istinadən.
“Tarixi zəfərimizdən keçən 5 ildən artıq müddət ərzində işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən quruculuq-abadlıq işləri Qarabağ və Şərqi Zəngəzura yeni nəfəs gətirib, bölgənin simasını dəyişib. Regionun hər bir şəhəri, rayonu, kəndi və qəsəbəsində aparılan infrastruktur layihələri öz növbəsində Böyük Qayıdış prosesinin də uğurla həyata keçməsinə müsbət təsir göstərir. Sevindirici hal ondan ibarətdir ki, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən quruculuq-abadlıq işləri, vətəndaşlarımızın öz doğma yurdlarına qayıtması nəzərdə tutulan plandan da tez baş tutur. Bu da ondan irəli gəlir ki, Qarabağ və Şərqi Zəngəzurda bu istiqamətdə görülən işlər birbaşa dövlət başçısının nəzarəti altındadır. Bu da işin həm keyfiyyətini, həm də məsuliyyətini artırır”.
Newscenter.az xəbər verir ki, bunları “Milli İnkişaf” ictimai birliyinin sədri Arzuman Muradlı səsləndirib. O bildirib ki, bu günlərdə dövlət başçısının Ağdərə və Tərtər rayonlarına səfər etməsi, orada bir sıra infrastruktur obyektlərinin açılışı və təməlqoyma mərasimlərində iştirak etməsi, görülən işlərlə yaxından tanışlıq deyilənləri təsdiq edir:
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ağdərə və Tərtər rayonlarına səfəri işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma siyasətinin ardıcıl və sistemli xarakter daşıdığını bir daha nümayiş etdirir. Bu səfər Böyük Qayıdış proqramının icrasının sürətləndirilməsi, bölgənin sosial-iqtisadi potensialının reallaşdırılması və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təmin edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Prezidentin səfəri çərçivəsində Ağdərə və Tərtər rayonlarında həyata keçirilən infrastruktur layihələri, yaşayış məntəqələrinin bərpası, yol-nəqliyyat şəbəkəsinin yenilənməsi, enerji və su təchizatı sistemlərinin qurulması ilə bağlı görülən işlər yerində qiymətləndirilib. Dövlət başçısının bu ərazilərdə şəxsən iştirakı görülən işlərə nəzarətin yüksək səviyyədə aparıldığını və prosesin prioritet istiqamət olduğunu göstərir”.
Arzuman Muradlı deyib ki, Ağdərə rayonu uzun illər işğal altında qaldığından burada həyatın yenidən canlandırılması xüsusi diqqət tələb edir:
“Yeni yaşayış massivlərinin salınması, sosial obyektlərin, məktəblərin, tibb müəssisələrinin, mədəniyyət ocaqlarının inşası insanların rahat və təhlükəsiz yaşayışının təmin edilməsinə xidmət edir. Hesab edirəm ki, Prezidentin Ağdərə və Tərtərə səfəri Böyük Qayıdış prosesinin sürətlənməsinə mühüm töhfə verəcək”.
Süleyman
Bu mövzuda digər xəbərlər:AAYDA Qarabağ və Şərqi Zəngəzurda görülən işləri açıqlayıb
30 Yanvar 2025 13:58
Qarabağ və Şərqi Zəngəzurda “günəşli” həyat
06 Dekabr 2024 10:11
Qarabağ və Şərqi Zəngəzurda avtomobil yolları
15 Aprel 2025 15:24
Qarabağ və Şərqi Zəngəzurda yaşayanların SAYI
10 Sentyabr 2025 16:11
Qarabağ və Şərqi Zəngəzurda işəgötürənlərlə görüş
28 Noyabr 2024 16:33
Baxış sayı:75
Bu xəbər 15 Yanvar 2026 14:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















