Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

Ronaldo dönəmi başa çatır

ML: 3 cü tur başlayır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Qarabağ və Şərqi Zəngəzurda yeni həyat başlayır

Qarabağ və Şərqi Zəngəzurda yeni həyat başlayır

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İşğaldan azad olunmuş ərazilərə "Böyük Qayıdış"



Artıq yurdlarımıza insanlar, təhsil qayıdır, orada yenidən uşaqların səsi eşidiləcək



Noyabrın 29-da Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən verilən xəbərə görə, bu mərhələdə şəhərə köçürülən 200 nəfərdən ibarət 40 ailəyə mənzillərin açarları təqdim edilib. Mərasimdə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər. Cəbrayıla daimi yaşayış üçün köçürülən ailələrə yeni tikilmiş binalarda mənzillər verilib. Cəbrayıla növbəti köç dekabrın 2-də baş tutub. Köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Komitənin məlumatına görə, bu mərhələdə şəhərə köçürülən 129 nəfərdən ibarət 34 ailəyə mənzillərin açarları təqdim edilib. Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 minə yaxın insan yaşayır. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən ilkin mərhələdə Cəbrayıl şəhərinə 40 ailə - 200 nəfər köçürülüb. Doğma yurda qayıdan Cəbrayıl sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər. Doğma yurduna qayıdan Əhməd Ələkbərov deyib ki, Cəbrayıldan çıxanda onun 32 yaşı var idi, indi isə 64 yaşı var: "Vətənimə gedirəm, xoşbəxtəm". Səkinə Mustafayeva da bildirib ki, yurdlarına getdikləri üçün çox sevinclidirlər: "Bundan böyük sevinc olarmı? Bizim üçün ən əziz gündür". Kifayət Ələkbərova cəbrayıllı olduğu üçün fəxr etdiyini söyləyib: "Allahdan arzum odur ki, yurd həsrəti çəkənlərin hamısına qayıdış nəsib olsun". Mələk Əliyeva Cəbrayıldan çıxarkən 8 yaşında olduğunu deyib: "Uşaqlığımızı yaşaya bilməmişik. İnşallah, övladlarımız Cəbrayılda böyüyüb boya-başa çatar. Allah şəhidlərimizə rəhmət etsin".  

Milli Məclisin deputatı Hikmət Məmmədov parlamentin plenar iclasında büdcə zərfinin ikinci oxunuşda müzakirəsi zamanı deyib ki, 2025-ci ildə Böyük Qayıdışa 4 milyard manatdan çox vəsaitin nəzərdə tutulması gələcəyə yatırımdır. Onun sözlərinə görə, bu prosesə artıq 18 milyard manat xərclənib: “Bu investisiyaları nəzərə alsaq, 2026-cı ildən sonrakı yeni mərhələnin Azərbaycan iqtisadiyyatının sürətlə böyüdüyü dönəm olacağı görünür". Məlumat üçün əlavə edək ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı və Prezidentin işğaldan azad edilmiş ərazilərdəki xüsusi nümayəndəliklərinin dəstəyi ilə Böyük Qayıdışla bağlı yeni video-fləşmob hazırlanıb. Flaşmobda bu il ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayaraq tələbə adı qazanmış məcburi köçkün gənclərin bir qrupu iştirak edib. Onlar mənsub olduğu şəhər və rayonunun xəritəsinin maketi ilə “Biz öz tariximizə qayıdırıq!” adlı aksiyaya qoşulublar. Vide-fləşmob “Qarabağ Azərbaycandır” şüarı ilə yekunlaşıb.

Millət vəkili, parlamentdə Cəbrayıl-Qubadlı seçki dairəsini təmsil edən Ceyhun Məmmədov deyib ki, torpaqlarımız işğaldan azad edildikdən qısa zaman sonra insanlarımızın həmin ərazilərə qayıdışının şahidiyik. Deputat vurğulayıb ki, tam əminliklə deyə bilərik ki, ölkə rəhbərliyinin bilavasitə diqqət və qayğısı ilə Böyük Qayıdış prosesi ən sürətli şəkildə icra olunmaqdadır: "İnsanların doğma yurdlarına qayıdışını görmək, bu hissləri yaşamaq böyük qürurdur, sevincdir. 30 ilə yaxın müddətdə daha çox torpaqlarımızın işğalından, məruz qaldığımız vəhşilikdən danışsaq da, 2020-ci ildən, 44 günlük müharibədən sonra işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən abadlıq, quruculuq işlərindən danışırıq. Cəbrayıl düşməndən ilk azad olunan rayonlarımızdan biridir. Bərpa-quruculuq işlərinin ən azı 5 il çəkəcəyini düşünürdük. Ancaq Cəbrayılda gözəl infrastruktur yaradılıb, binalar inşa olunub, məktəb tikilib, avtomobil və dəmiryolu bərpa edilib. Ermənistan işğal dövründə Cəbrayılda daşı daş üstə qoymayıb. İndi ermənilər özləri də danışır ki, Azərbaycan qısa müddətdə ən yüksək səviyyədə qurdu və rayonlarımızı bərpa etdi. Artıq Cəbrayıla həyat qayıdır, təhsil qayıdır, orada yenidən uşaqların səsi gələcək. İnsanlarla ünsiyyətdə olarkən onların sevincinin şahidi oluram. Hazırda bütün Qarabağ və Şərqi Zəngəzur tikilir, qurulur. Ədalətin bərpası, Azərbaycan həqiqətlərinin təbliği və bu ərazilərin bizə məxsusluğunu göstərmək baxımından Qayıdış prosesinin xüsusi əhəmiyyəti var".

Parlament üzvü vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərdə iki əsas Sənaye Parkı yaradılıb. Onlardan biri Ağdamda, digəri Cəbrayıldadır: 

"Yeni-yeni fəaliyyətə başlamış həmin iqtisadi zonada işlər sürətlə gedir. Araz Vadisi İqtisadi Zonasında onlarla böyük şirkət artıq fəaliyyətə başlayıb. Söhbət gələcəkdə onminlərlə insanın işlə təmin olunmasından gedir. Təkcə Cəbrayıl deyil, Zəngilan, Qubadlı, hətta Füzuli rayonlarında yaşayacaq insanlar da bu prosesə cəlb olunacaq. 4 il müddətində görülən işlərə nəzər yetirdikdə, çox böyük layihələrdən, işlərdən söhbət gedir. 30 il dağıdılmış, vəhşicəsinə talan olunmuş əraziləri qısa müddətdə bərpa etmək çətin olsa da, Azərbaycan bunu bacardı".

C.Məmmədov qeyd edib ki, hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə Laçında da böyük quruculuq və abadlıq işləri həyata keçirilir: 

"İşğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaqdır. 2025-ci ildə bu Hava Limanının istifadəyə verilməsi planlaşdırılır. Laçın rayonunun Qorçu kəndinin ərazisində inşa ediləcək hava limanı bir neçə mühüm amili özündə birləşdirir. Burada aeroportun tikilməsi olduqca əhəmiyyətlidir və ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verəcəyi ilə yanaşı, turizm potensialının artırılmasına da səbəb olacaq. Laçın Azərbaycanın ən gözəl bölgələrindən birinə çevrilib. Laçınlılar o gözəl torpaqlarda yeni həyata başlayıblar". 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://sherg.az
archiveBu xəbər 06 Dekabr 2024 10:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see638

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see331

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see319

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see232

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see229

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see228

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see226

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see220

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see216

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see212

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see212

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see212

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see211

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see209

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see208

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see206

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see205

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see205

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see204

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri