“Qarabağ” “Vestri” oyununun biletləri satışda
Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində keçiriləcək “Qarabağ” - “Vestri” (İslandiya) matçının biletləri satışa çıxarılıb.
QOL.az xəbər verir ki, satış prosesi saat 15:00-dan etibarən başlayıb.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmanın standart biletlərinin qiyməti 5, 10, 15 və 20 manat təşkil edəcək. VİP sektorlar üzrə biletlər 50, 75 və 100, VVİP sektorlar üçün isə 150 manata satışa çıxarılıb.
Biletləri yalnız iTicket.az-ın rəsmi saytı və mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür. Onlayn alış zamanı problem yaranacağı təqdirdə isə azarkeşlər iTicket.az-ın satış məntəqələrinə, Park Bulvardakı “Qarabağ” FK Fan Şopuna və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarına müraciət edə bilərlər.
Qeyd edək ki, “Qarabağ” - “Vestri” görüşü iyulun 9-da saat 20:00-da başlayacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 03 İyul 2026 15:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















