“Qarabağ” xorvat komandasına qalib gəldi Yenilənib
Icma.az, Qol.az portalına istinadən məlumat yayır.
Antalyada təlim-məşqt toplanışında olan "Qarabağ" bu gün yoxlama oyununa çıxıb.
QOL.az xəbər verir ki, Qurban Qurbanovun komandası əvvəlcə Xorvatiya təmsilçisi "Osiyek"lə qarşılaşıb və 3:1 hesablı qələbə qazanıb.
Bakı vaxtı ilə saat 12:00-da başlayan oyunda "Qarabağ"ın qollarını Musa Qurbanlı, Aleksey Kaşuk və Abbas Hüseynov vurub.
"Osiyek" hazırda Xorvatiya çempionatında 18 turdan sonra 14 xalla sonuncu - 10-cu pillədə qərarlaşıb.
Ağdam təmsilçisi bu gün Polşanın "Zaqlebye" klubu ilə də üz-üzə gələcək. Bu görüş isə 19:00-da start götürəcək.
"Zaqlebye" hazırda Polşa çempionatında 18 turdan sonra 28 xalla 5-ci pillədədir.
Qeyd edək ki, "Qarabağ" ilk yoxlama matçında Özbəkistan təmsilçisi "Neftçi"ni 5:0 hesabı ilə məğlub etmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:33
Bu xəbər 16 Yanvar 2026 14:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















