Icma.az
close
up
RU
“Qarabağ” yenə sürpriz edəcəkmi? “Nyukasl”da ciddi itkilər…

“Qarabağ” yenə sürpriz edəcəkmi? “Nyukasl”da ciddi itkilər…

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün UEFA Çempionlar Liqasında “Qarabağ”ın qonağı olacaq “Nyukasl” üçün matç heç də asan keçməyəcək.
Bizim.Media xəbər verir ki, İngiltərə təmsilçisi paytaxımıza ciddi itkilərlə gəlib.
Komandanın kapitanı və əsas oyunçusu Bruno Gimareyş zədəlidir. O, Premyer Liqanın 26-cı turunda “Tottenhem”ə qarşı keçirilən matçda bud əzələsindən ağır zədə alıb. Komandanın baş məşqçisi Eddi Hau bildirib ki, kapitan 2 ay meydanlardan uzaq qalacaq.
 

“Nyukasl”ın daha bir aparıcı oyunçusu Joelinton da zədədən əziyyət çəkir. Durumu barədə isə dəqiq məlumat yoxdur. Onun bu gün meydanda olub-olmayacağı isə matç saatında bəlli olacaq. Komandaya qoşulsa da, tam olaraq formasında olmadığı barədə xəbərlər var.


Lyuis Mayli də Joelinton kimi heyətə qayıdıb, məşqlər edir, amma durumu naməlumdur. Fiziki məşqlərə daha çox köklənən futbolçunun oynayıb-oynamayacağı isə axşam bəlli olacaq.
İngilislərin itkiləri bununla bitmir. Emil Kraft, Fabian Şer, Valentino Livramento, Yoan Vissa və Sven Botman zədədən əziyyət çəkir. Baş məşqçi Eddi Hau bu futbolçuların durumuna görə İngiltərə Premyer Liqasında çətinliklərlə üzləşir.
“Nyukasl” bu gün “Qarabağ”a qarşı rotasiyalı heyətlə oynaması da mümkündür. Bakıdan qayıtdıqdan sonra “sağsağanları” “Mançester Siti” ilə ağır liqa matçı gözləyir. Fevralın 22-də baş tutacaq qarşılaşma üçün Eddi Hau oyunçularına istirahət verə bilər.
 

Üstəlik, “Nyukasl” İngiltərə Premyer Liqasının turnir cədvəlində 10-cu pillədə qərarlaşıb. Onları avrokubok zonasından cəmi 8 xal ayırır. Bu səbəbdən “ağ-qaralar”ın daha çox liqaya diqqət yönəldəcəyi də gözləniləndir. Üstəlik, Çempionlar Liqasında iki pley-off matçından sonra komanda “Everton” və “Mançester Yunayted” kimi klublarla da üz-üzə gələcək.


Komandanın ən təhlükəli oyunçusu isə Sandro Tonalini saymaq olar. “Milan”dan transfer edilən yarımmüdafiəçini zərərsizləşdirmək çətin olacaq. Amma Tonalinin ayağı “bağlansa” “Qarabağ”ın mərkəz xəttindən nəsə etməsinə ümid qalır.
Doğrudur, İngiltərə Premyer Liqası komandalarına qarşı oynamaq hər zaman çətindir. Qurban Qurbanovun dediyi kimi ingilislər öz çempionatlarını Çempionlar Liqasından üstün sayırlar. Bu isə boş yerə deyilməyib. Orada istənilən komanda digərinə qalib gələ, hər an sürpriz edə bilər.
 

Xüsusən fiziki planda rəqibdən xeyli geri qaldığımızı gizlətməyə gərək yoxdur. Amma “Nyukasl”ın zədəliləri və qarşıdakı oyun təqvimi onları meydana “yarımcan” çıxmağa məcbur edə bilər.


“Qarabağ”ın isə heyətində itki yoxdur. Bütün heyət baş məşqçi Qurban Qurbanovun sərəncamında olacaq. Kontorlar Ağdam təmsilçisinin bu matçda qələbə şansını çox az qiymətləndirir.
Lakin “Benfika”, “Ayntraxt” üzərində qələbə qazanan, İngiltərə Premyer Liqasının 5-cisi “Çelsi”dən xal alan Qurban Qurbanovun komandasından daha bir sürpriz gözləmək olar. (Qafqazinfo.az)
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:207
embedMənbə:https://bizim.media
archiveBu xəbər 18 Fevral 2026 14:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see310

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see273

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see264

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see263

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see256

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see249

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see245

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see232

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see220

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see219

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see215

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see213

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see203

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see190

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see187

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see186

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see174

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see172

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see170

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri