Icma.az
close
up
RU
“Qarabağ” yuxumuzu ərşə çəkdi Futbol şərhçisi

“Qarabağ” yuxumuzu ərşə çəkdi Futbol şərhçisi

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu gecə yuxumuz ərşə çəkildi. “Qarabağ”ın Lissabon zəfəri, “Benfika” üzərində tarixi qələbəsinin sevinci, qüruru yatmağa qoymadı bizi. Ağdam təmsilçisi UEFA-nın Çempionlar Liqasında bu mövsüm qalib gəlmək şansı ən yüksək olan komandalar sırasına daxil etdiyi kluba onun meydanında qalib gəldi. Bu qalibiyyəti, sadəcə, idman sahəsində deyil, daha geniş anlamda əldə olunan, Azərbaycanımızın nüfuzunu artıran nailiyyət kimi qəbul edən həmvətənlərimiz səhərədək sevinclərini bir-birini təbrik etməklə bölüşdü. Milyonlar, bəlkə də milyardlar xərcləsən belə, məncə, tərəzinin gözündə bu gecəki futbol zəfərinin çəkisi, ölkəmizə qazandırdığı ideoloji imici ağır gələr. Büdcəsi təxminən 300 milyon avro, başqa sözlə, “Qarabağ”dan 15-20 dəfə yüksək olan “Benfika”nı məğlub etmək qətiyyən sıradan bir uğur sayıla bilməz. Ona görə də futbola münasibətindən asılı olmayaraq, böyük əksəriyyətimiz bu komandayla həm qürur duyur, həm də fəxr edirik. Prezident İlham Əliyev də qələbə münasibətilə kluba təbrik məktubunda bildirdi ki, “Hər bir azərbaycanlı Avropada xariqələr yaradan “Qarabağ”la qürur duyur”.

Amma bu tarixi nailiyyət kimlərinsə başqa anlamda yuxusunun ərşə çəkilməsinə səbəb oldu. Buna isə təbii baxmaq lazımdır: Ermənistan mətbuatında müşahidə olunan sükut tam anlaşılandır, ancaq bu dəfə Rusiya mediasında da məsələyə daha çox qısqanclıq müstəvisindən yanaşıldı. Eyb etməz, onlar öz işlərində olsun, ilkləri sıralaya-sıralaya mətin addımlarla irəliləyən “Qarabağ” da öz işində...

“Benfika” ilə oyunda maraqlı statistik məqamlar da önə çıxdı:

* “Qarabağ” ÇL-in əsas mərhələsində qələbə qazanan ilk və yeganə klubumuzdur;

* Təmsilçilərimizin ÇL-də keçirdiyi oyunların sayı 110 oldu;

* Aleksey Kaşşukun vurduğu qol ÇL-də klublarımızın 140-cı, “Qarabağ”ın isə 100-cü qoludur;

* “Benfika”nı məğlub etməklə “Qarabağ”ın ÇL-də qələbə sayı 30-a çatdı;

* Leandro Andrade avrokuboklarda 10-cu qolunu vurmaqla bu göstəricidə Kadi Borgeslə eyniləşdi: onlar Zubir, Juninyo və Reynaldodan geri qalmaqla məhsuldarlıqda 4-5-ci yerləri bölüşürlər;

* Kamilo Duran “Qarabağ”ın heyətində qitə klub turnirlərində fərqlənən 61-ci futbolçu oldu.
Rövşən Binnətli,
futbol şərhçisi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://modern.az
archiveBu xəbər 17 Sentyabr 2025 17:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see267

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see237

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see213

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see207

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see207

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see187

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see180

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see180

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see174

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see166

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see160

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see158

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see156

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see155

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see155

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see155

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see153

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see153

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see149

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri