Icma.az
close
up
RU
Qarabağ Zəfəri tarixi ədalətin simvolu və yeni reallıqların təməlidir ŞƏRH

Qarabağ Zəfəri tarixi ədalətin simvolu və yeni reallıqların təməlidir ŞƏRH

Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.

Azərbaycan xalqı 2025-ci il noyabrın 8-də Zəfər Gününün beşinci ildönümünü böyük qürur və iftixar hissi ilə qeyd etmək sevincini yaşayır. 2020-ci ilin 8 noyabrında Şuşanın azad edilməsi ilə nəticələnən 44 günlük Vətən müharibəsi yalnız hərbi qələbə deyil, eyni zamanda ən parlaq siyasi, mənəvi və milli birliyi üzərində bərqərar olan şanlı tariximizin dönüş nöqtəsidir. Həmin möhtəşəm hadisə əzəli torpaqlarımızın azadlığı ilə bərabər həm də Azərbaycan dövlətçiliyinin gücünün, xalqın birliyinin və Prezident İlham Əliyevin bənzərsiz sərkərdəlik iradəsinin təntənəsi kimi dəyərləndirilir.

Qələbəyə aparan yol: güc, iradə, milli həmrəylik

Vətən müharibəsi, əslində, otuz illik işğalın nəticələrinə son qoymaq üçün tarixi ədalətin bərpası uğrunda mübarizə idi. 1990-cı illərin əvvəlində Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycan torpaqlarının 20 faizi zəbt edilmiş, yüz minlərlə soydaşımız doğma yurdlarından didərgin salınmışdı. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi məlum 4 qətnaməsinin tələblərinə baxmayaraq, beynəlxalq ictimaiyyət uzun illər bu ədalətsizliyə göz yumdu.

Azərbaycan isə həmin illər ərzində möhkəm dövlət quruculuğu, iqtisadi güc, ordu quruculuğu və diplomatik nüfuz istiqamətində sistemli siyasət həyata keçirdi. Prezident İlham Əliyevin 17 illik məqsədyönlü siyasəti nəticəsində Azərbaycan XXI əsrin regional lider dövlətinə çevrildi və 2020-ci ilin payızında ordumuz dəmir yumruq kimi birləşərək işğala son qoydu.

Şuşanın azadlığı – Zəfərin simvolu

8 noyabr 2020-ci ildə Şuşanın azad olunması ilə Azərbaycan tarixinin ən şanlı səhifəsi yazıldı. Şuşa həm mədəniyyətimizin beşiyi, həm də strateji mövqeyi ilə Qarabağın tacı idi. Bu qələbə ilə faktiki olaraq Ermənistanın hərbi müqaviməti tam qırıldı və 10 noyabrda Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu.

Prezident İlham Əliyevin həmin gün söylədiyi “Şuşasız bizim işimiz yarımçıq olar” kəlamı milli ideyanın və xalq iradəsinin təcəssümünə çevrildi. Şuşa azad edilərkən Azərbaycan xalqı yalnız bir şəhəri deyil, həm də öz milli ləyaqətini və tarixi qürurunu azad etmiş oldu.

Zəfərin siyasi və geostrateji nəticələri

Zəfər Günü təkcə ərazi bütövlüyümüzü təmin edən hərbi uğurun deyil, həm də Cənubi Qafqaz regionunda dayanıqlı sülhə və qarşılıqlı faydalı əməkdaşlığa, geniş beynəlxalq inteqrasiyaya yol açan yeni reallıqların başlanğıcı oldu. 2020-ci ilin 10 noyabrında imzalanan üçtərəfli bəyanat bölgədə uzunmüddətli sülh və əməkdaşlıq üçün yeni platforma yaratdı. Bu gün Azərbaycan regionun aparıcı geosiyasi oyunçusuna çevrilib. Zəngəzur dəhlizi ideyasının sözdən əmələ keçidi, Qarabağ və Şərqi Zəngəzurun bərpası, enerji və nəqliyyat layihələrinin genişlənməsi – bütün bunlar Zəfərdən sonra formalaşan yeni siyasi arxitekturanın tərkib hissəsidir. Prezident İlham Əliyevin sözləri ilə desək, “Zəfər yalnız keçmişin intiqamı deyil, gələcəyin quruculuğudur.”

Postmüharibə dövrü: quruculuq və dirçəliş mərhələsi

2020-ci ildən bəri Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və yenidənqurma proqramı Azərbaycan dövlətinin gücünün, xalqın iradəsinin və ədalətli siyasətin nəticəsidir. “Ağıllı kənd” layihələri, Füzuli, Zəngilan və Laçın beynəlxalq hava limanlarının tikintisi, milli-mənəvi dəyərlərimizin bərpası, Şuşanın tarixi simasının qorunması – bütün bunlar Zəfərin davamı olan quruculuq mərhələsinin məhsuludur. Bu gün həmin torpaqlarda “Böyük Qayıdış” reallığa çevrilir. Qaçqın və məcburi köçkünlər doğma yurdlarına dönür, Qarabağda möhtəşəm həyat canlanması baş verir.

Milli birliyin və dövlət iradəsinin təntənəsi

Zəfər Günü həm də xalq–dövlət birliyinin, milli həmrəyliyin və ordu-millət vəhdətinin bayramıdır. 44 gün ərzində Azərbaycanın bütün bölgələri, müxtəlif təbəqələrdən olan vətəndaşlar bir amal uğrunda – Vətən uğrunda birllik nümayiş etdirdilər. Azərbaycan ordusu bu birliyin təcəssümü kimi, müasir döyüş strategiyası, texnoloji üstünlük və yüksək mənəvi ruh sayəsində dünyanın ən güclü orduları sırasında öz yerini təsdiqlədi.

Zəfərin əbədiliyi və gələcəyə mesaj

Bu gün 8 Noyabr təkcə qələbə xatirəsi deyil, azadlıq, suverenlik və milli qürur ideyasının əbədi simvoludur. Zəfərin beş illiyi Azərbaycanın yeni mərhələyə – tam suveren, güclü və qürurlu dövlət mərhələsinə keçidinin rəmzidir. Azərbaycan xalqı üçün bu gün bir anddır: keçmişin ağrılarını unutmadan Cənubi Qafqazda dayanıqlı sülh və əmin-amanlığa və faydalı əməkdaşlığa köklənməklə gələcəyin inkişafına, bölgənin dirçəlişinə doğru irəliləmək andı.

Beləliklə, 8 Noyabr - Zəfər Günü Azərbaycan tarixinin ən parlaq səhifəsi, milli iradənin, dövlətin və xalqın birliyinin rəmzidir.

Bu zəfər təkcə işğaldan azad edilən torpaqların deyil, həm də milli ləyaqətimizin, kimliyimizin və gələcəyimizin qələbəsidir.

Əli Hüseynli

Milli Məclisin deputatı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 06 Noyabr 2025 11:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see193

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see163

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see161

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see150

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see149

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see147

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see146

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see145

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see144

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see144

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see142

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see136

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see135

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see134

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see132

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see132

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see132

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see132

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see130

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri