“Qarabağ”a 2 qol vurub, dünyanın bombardirləri siyahısına düşüb
Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
2025-ci ildə keçirilən beynəlxalq oyunlarda ən çox qol vuran futbolçular müəyyənləşib.
İdman.biz xəbər verir ki, İFFHS ilin ilk ayında milli komanda və qitə kuboklarında ən azı 3 top vuranların cədvəlini tərtib edib.
Siyahıya Usman Dembele başçılıq edir. PSJ-nin fransalı futbolçusu Çempionlar Liqasında 4 qola imza atıb.
Daha üç oyunçu yanvarda eyni sayda fərqlənib. Lakin onlar əlavə göstəricilərə görə aşağı sıralarda qərarlaşıb.
“İnter”in argentinalı hücumçusu Lautaro Martines cədvəldə ikincidir. “Real”ın braziliyalısı Rodriqo üçüncü, “Benfika”nın yunan oyunçusu Vasilis Pavlidis dördüncüdür.
Siyahıda yer alan 13 futbolçudan 9-u isə 3 qola imza atıb. Onlar arasında “Olimpiakos”un qol silahı Ayub El-Kaabi də var. Mərakeşli hücumçu iki gün əvvəl “Qarabağ”ın qapısına Avropa Liqasında vurduğu 2 topla hesabını 3-ə çatdırıb.
Qeyd edək ki, “Qarabağ” “Olimpiakos”a 0:3 hesabı ilə uduzub.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 01 Fevral 2025 09:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















