“Qarabağ”a 4 qol vuran hücumçu klubundan ayrılmaq istəyir
Milli.az saytına istinadən Icma.az xəbər verir.
İngiltərənin "Nyukasl" futbol klubunun cinah hücumçusu Entoni Qordon yay transfer pəncərəsində komandadan ayrılmaq niyyətindədir.
Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bu barədə yerli KİV məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, Qordon ötən yay Aleksandr İsak kimi daha yüksək səviyyəli kluba keçmək istəyir. Futbolçu hesab edir ki, artıq "Nyukasl"ın səviyyəsini keçib və yeni çağırışa ehtiyac duyur.
İngiltərəli oyunçu daha yüksək maaş və mütəmadi olaraq Çempionlar Liqasında çıxış etmək istəyir. Bu mövsüm 25 yaşlı futbolçu bütün turnirlərdə 46 oyuna çıxıb, 17 qol vurub və beş məhsuldar ötürmə edib.
Xatırladaq ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"a qarşı Bakıda keçirilən ilk qarşılaşmada "Nyukasl"ın ulduzu Entoni Qordon ilk hissədə "poker"ə imza atmışdı. Oyun "sağsağanlar"ın 1:6 hesablı qələbəsi ilə bitmişdi.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:156
Bu xəbər 16 Aprel 2026 15:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















