Icma.az
close
up
RU
“Qarabağ”a 9:0 qalib gələcəyik deməmişəm” Video

“Qarabağ”a 9:0 qalib gələcəyik deməmişəm” Video

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

“Atletik”in baş məşqçisi Ernesto Valverde “Qarabağ”la matç öncəsi mətbuat konfransı keçirib.

“Qafqazinfo” xəbər verir ki, o “Qarabağ”ın Çempionlar Liqasının Liqa mərhələsində 2 oyuna 6 xal qazandığını bildirib.

“Qarabağ”a böyük hörmətimiz var, çünki “Benfika” və “Kopenhagen” üzərində qələbə qazanıblar. Açıq-aydın görürük ki, onlar liderdir, biz isə sonuncuyuq. Bu, bizim xal toplamağa başlamağımız üçün fürsətdir və biz bunu istəyirik”, – deyə o əlavə edib.

E. Valverde onun adından yayılan “Qarabağ”ı 9:0 hesabı ilə məğlub edəcəklərinə dair feyk xəbərlə bağlı azərbaycanlı jurnalistin sualına isə gülərək cavab verib:

“Onlara 9:0 hesabı ilə qalib gələcəyimiz haqda deyilənlər dəhşətdir. Bunu sözlə ifadə edə bilmirəm. Onlara hörmət edirik. 1:0 normal hesab olar”.

İspaniyalı mütəxəssis matçın çətin olacağını, amma məqsədin qələbə olduğunu vurğulayıb:

“Qələbə qazanmaq çətin olacaq, çünki yaxşı komandadırlar. Bu matçı digərlərindən üstün tutmuruq, amma xal vəziyyətini nəzərə alırıq”.

“Qarabağ”ı analiz etdiyini deyən “Atletik”in baş məşqçisi bildirib:

“Onlar tez-tez heyətdə dəyişikliklər edirlər, amma son matçda tanınan bir heyətlə oynadılar. Daha çox istirahət etdikləri doğrudur, amma bu da bir çətinlikdir. Qalib gəlməsək, işlər daha da mürəkkəbləşər. Onların da güclü tərəfləri var”.

O komandasının həm yaxşı hücum etdiyini, həm də yaxşı müdafiə olunduğu deyib.

Baş məşqçi həmçinin “Qarabağ” haqqında fikirlərini belə ifadə edib:

“Onlar sərbəst oynayan, yaxşı yarımmüdafiəsi və hücum xətti olan komandadır. Legioner oyunçuları çoxdur – braziliyalılar, kolumbiyalılar, polyaklar… Ehtiyatlı olmalıyıq. Hücumda yaxşı oynayırlar. Ölkələrinin çempionudurlar və qalib gəlmək üçün təzyiq edəcəklər. Daha çox istirahət ediblər, tez-tez heyətlərində dəyişiklik edirlər”.

Xatırladaq ki, “Atletik” – “Qarabağ” oyunu oktyabrın 22-si, Bakı vaxtı ilə saat 20:45-də Bilbao şəhərindəki “San Mames” stadionunda baş tutacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:146
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 21 Oktyabr 2025 20:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see312

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see301

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see288

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see277

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see276

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see256

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see247

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see239

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see230

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see229

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see226

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see223

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see217

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see216

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see208

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see191

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see189

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see182

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see176

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri