Icma.az
close
up
RU
Qarabağa gələn dünya liderləri SİYAHI

Qarabağa gələn dünya liderləri SİYAHI

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

2020-ci ildə torpaqlarımız işğaldan azad edildikdən sonra Qarabağ dünyanın siyasi xəritəsində yeni reallıqların mərkəzinə çevrilib. Son 4 ildə bölgəyə çoxsaylı dövlət və hökumət başçıları səfər edib, Şuşa və Xankəndidə keçirilən beynəlxalq tədbirlərdə iştirak ediblər.

Son dörd ildə buraya müxtəlif ölkələrin prezidentləri, baş nazirləri və hökumət rəhbərləri səfər edərək həm Azərbaycanla həmrəylik nümayiş etdirib, həm də bölgədəki dəyişiklikləri yerində qiymətləndiriblər.

Modern.az indiyədək Qarabağa səfər edən dünya liderlərini araşdırıb.

İlk tarixi səfər 2021-ci ilin iyununda baş tutub. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevlə birgə Şuşada olub və məşhur Şuşa Bəyannaməsini imzalayıblar. Ərdoğan sonrakı illərdə Qarabağ və Şərqi Zəngəzurun müxtəlif bölgələrinə bir neçə dəfə səfər edib.

Sonrakı illərdə Şuşa Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi sammitinə ev sahibliyi etdi və bu çərçivədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Macarıstan Baş naziri Viktor Orban və Şimali Kipr Prezidenti Ersin Tatar kimi liderlər bölgəni ziyarət ediblər. 2024-cü ilin mayında Belarus Prezidenti Aleksandr Lukaşenko da Qarabağda olub.

Bu ilin mayın 28-də Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif üçtərəfli görüş keçirib.

2025-ci ilin iyulunda isə daha bir Xankəndi tarixi hadisəyə - İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) sammitinə ev sahibliyi edib. Tədbir çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İran Prezidenti Məsud Pezeşkian, Tacikistan Prezidenti Emoməli Rəhmon, Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərif, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qırğızıstan Prezidenti Sadır Japarov, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar və Qazaxıstan Baş naziri Oljas Bektenov iştirak ediblər. Sammitdə həmçinin Əfqanıstan hökumətini Abdul Qani Baradar, Türkmənistanı Rəşid Meredov, BƏƏ-ni Sultan əl-Cabir təmsil edib.

Qarabağa sonuncu yüksək səviyyəli xarici səfər isə ötən gün baş tutub. BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Şuşada İlham Əliyevlə görüşüb və müxəlif mövzularda müzakirələr aparıblar.

Elnur Əmirov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://modern.az
archiveBu xəbər 17 Sentyabr 2025 12:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see284

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see279

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see270

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see257

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see250

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see245

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see232

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see220

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see213

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see205

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see205

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see204

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see203

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see200

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see193

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see187

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see186

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see164

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see163

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri