Icma.az
close
up
RU
Qarabağa köçən əhali arasında bəziləri dövlətin inşa etdiyi evlərdə yaşamır

Qarabağa köçən əhali arasında bəziləri dövlətin inşa etdiyi evlərdə yaşamır

Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Qarabağa köçən əhali arasında bəziləri dövlətin inşa etdiyi evlərdə yaşamır. Kimisə işsizlik, kimisi başqa səbəblərdən evini tərk edib əvvəl yaşadığı Bakıya və başqa rayona qayıdır. Evini aylarla bağlı saxlayan da var, evini ƏLAVƏ QAZANC (əlavə qazanc və minimal dolanışıq mənim üçün fərqli anlayışdır) məqsədilə bu əraziləri azad edən hərbçilərə kirayə verən də var. Halbuki köç zamanı dövlət vətəndaş ilə müqavilə bağlayıb və bu sənəd istənilən kirayə prosesini qadağan edir. Ərazini azad edən hərbçiyə bu evlərin kirayə verilməsinin mənəvi və əxlaqi tərəfinə hələlik toxunmaq istəmirəm.

Kimsə azad olunandan ərazilərdə yaşamaq istəmirsə, bu evə ehtiyacı yoxdursa, aidiyyəti qurumlara müraciət etsin və ev ehtiyacı olan və növbədə olan digər sakinlərə verilsin. Ən yaxşısı isə əvvəlcədən, yəni inşaat prosesində köçüb yaşayacaq kontingent və onların məşğuliyyəti nəzərə alınsın.

Hazırda bir çox Qarabağ sakinləri 30 illik işğal dövründən bu günə qədər digər bir vətəndaşın evində yaşayırlar. Kimi razılıq ilə, kimi narazılıq ilə. Azad olunan ərazilərə köçən əhalinin yaşadığı qəsəbələr isə boşalır, təxminən 11 min nəfər əhali artıq doğma yurduna geri qayıdıb. Bu gün isə cəmiyyətdə bəhs etdiyim məsələ ilə bağlı müəyyən gərginlik yaranıb. Bu gərginliyi azaltmaq üçün ən qısa yol, boşalan şəhərcik və qəsəbələrdəki evlərə vətəndaşın evində yaşayan Qarabağ əhalisini köçürürməkdən ibarətdir. Burada da ədalət prinsipi əsas götürülməlidir. Məsələn kirayə yaşayanın kimliyi -müharibə veteranı, sağlamlıq imkanları məhdud olan evsiz təqaüdçü, hərbi qulluqçular, çox uşaqlı ailələr və s. olması nəzərə alınmalıdır.

Qarabağa qayıdış prosesi çərçivəsində ev növbəsi gözləyən həssas təbəqədən olanlar, ehtiyatda və ya xidmətdə olan hərbçilər üçün də evlərin azad olunan ərazilərdə inşa edilməsini təklif edirəm. Onsuz da Bakıda yaşamaq artıq bir əzaba çevrilib.
Bu proseslər təbii ki, müəyən narazılıq da yarada bilər. İstənilən hər bir mübahisəli məqam mütləq məhkəmə qərarına uyğun olaraq icra olunmalıdır.

Əgər biz azad olunan ərazilərdə sürətli məskunlaşmanı və inkişafı təmin etmək istəyiriksə ilk növbədə həmin ərazilərdə iş yerlərinin sayını artırmalıyıq. Bu işdə iş adamları və imkanlı şəxslər də prosesə dəstək verməlidir.
Hər birimizə Qarabağda yaşayıb yaratmaq arzusu ilə

Ədalət Verdiyev,

hərbi ekspert.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:100
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 15 Sentyabr 2025 16:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see664

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see287

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see263

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see259

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see226

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see221

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see207

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see195

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see194

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see188

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see177

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see172

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see166

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see162

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see158

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see154

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see151

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see150

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see148

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri