Icma.az
close
up
RU
“Qarabağ”a məhəbbətlə, “Çelsi”yə hörmətlə...

“Qarabağ”a məhəbbətlə, “Çelsi”yə hörmətlə...

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

“Köhlən atlar” Liqa yolunun yarısına çatır

UEFA Çempionlar Liqasında əsas mərhələnin birinci yarısı yekunlaşmaq üzrədir. Bu axşam “Qarabağ” Azərbaycan – “Çelsi” İngiltərə görüşü ilə 8 turdan ibarət turnirin hər iki rəqib üçün ilk 4 turu arxada qalacaq. Qarşıda Ağdam komandasının da, londonlu qonağımızın da pərəstişkarlarını böyük futbol bayramı gözləyir.

Tərəflərin öz aralarındakı oyuna eyni nəticə–6 xalla gəlib, turnir cədvəlinin müvafiq surətdə 13-cü və 11-ci pillələrində qonşuluq etmələri onların əyani mübarizəsinə marağı daha da artırır. Bəli, qalib komanda yarışın ikinci yarısının başlanmasını 36 klubun göstəricilərini əks etdirən cədvəldə birinci onluqda gözləyəcək, məğlubiyyətlə üzləşəcək kollektiv isə indiki mövqeyindən xeyli geri çəkiləcək. Heç-heçə təqdirində rəqiblər bilməyəcəklər sevinsinlər, yoxsa məyus olsunlar–yəni, uda da bilərdik, uduza da.

Tarixində ikinci dəfə nəhənglər meydanının qapısını öz üzünə açmağı bacarmış “Qarabağ” bugünkü oyuna inamlı addımlarla, qürur doğuran göstərici ilə gəlib. Bu səmimi və mübariz kollektiv bir-birindən zəhmli rəqiblərə qarşı üç çətin sınağın ikisindən qalib ayrılaraq, futbol aləmini təəccübləndirib. Bu görüşlərdən ikisinin böyük futbol ölkələrində, müxtəlif illərdə öz milli komandalarının müvafiq surətdə Avropa və dünya birinciliyini bayram etdiyi Portuqaliya və İspaniyada keçirildiyini də nəzərə alsaq, həqiqətən, dəyişməz ölkə çempionumuz özünün baş məşqçisi Qurban Qurbanov, bütün məşqçilər heyəti, klubun rəhbərliyi və sadiq pərəstişkarları ilə birlikdə çox iş görüb.

“Qarabağ”ın altı-yeddi oyunçusu müntəzəm surətdə Azərbaycan milli komandası heyətində dünya çempionatının seçmə mərhələ görüşlərinə dəvət alır. Bugünkü matçdan 8 gün sonra onların İslandiya ilə qarşılaşmada da meydana çıxmaq ehtimalı böyükdür. Bundan başqa, komanda əsas mərhələdə qazandığı 6 xalla yanaşı, ayrı-ayrı oyunçuları ilə də diqqət mərkəzindədir.

UEFA-nın xatırlatdığı kimi, Leandro Andrade ötən mövsümdə Avroliqada “Hekken” (İsveç) və FCSB (Rumıniya) komandalarına, bu il oktyabrın 22-də isə Çempionlar Liqasında Bilbaoda “Atletik”ə vurduğu 1-ci dəqiqə qolları ilə rekord müəyyənləşdirib. Qitəmizin ali futbol təşkilatının bayrağı altında keçirilən 2 müxtəlif yarışın 3 oyununda 1-ci dəqiqədə fərqlənib, tarixə düşən sürətli qollar müəllifinin Azərbaycan klubunun oyunçusu olması Avropa futbolunda diqqətəlayiq hadisədir.

Üç turdan sonra turnir cədvəlinə diqqət yetirdikdə, görürük ki, bir vaxtlar “uçan hollandiyalı” ləqəbi almış məşhur Yohan Kroyfun da şərəfini qoruduğu, həmişə də adı sayılıb-seçilən rəqiblər sırasında çəkilən Amsterdamın “Ayaks” klubu Liqa mərhələsində hələ xallarının hesabını aça bilməyib və sonuncu, 36-cı yerdədir. Ona görə də Azərbaycan çempionunun indiki mövqeyi inamlı, əzmkar, başlıcası isə məhsuldar oyunun bəhrəsi deyilmi?

Söz düşmüşkən, dekabrın 10-da, 6-cı turda “Qarabağ” Bakıda hollandları qəbul edəcək. Ola bilsin, məhz bu oyun bizim üçün ilin matçına çevrilib, növbəti mərhələyə vəsiqə uğrunda mübarizədə xüsusilə mühüm əhəmiyyət kəsb etsin. Belə düşünərkən bu gün “Çelsi” və noyabrın 25-də İtaliyada “Napoli” ilə görüşlərdə xal ehtiyatımızın bir qədər də arta biləcəyi ehtimalına da güvənirik. Düşüncələrimiz əsassız deyil. Bu gün heç kim elə bir komanda göstərə bilməz ki, hər hansı yarışda meydana xal qazanmaq əzmi ilə çıxmasın.

Səkkiz il əvvəl Ağdam komandası ilk dəfə Çempionlar Liqasına “bilet” qazandığı 2017–2018-ci illər mövsümünun qrup mərhələsində “Çelsi”yə rəqib olmuş “Qarabağ” (hər iki oyunda ingilislər böyük hesabla qalib gəliblər) bu gün yenə onunla üz-üzə gələcək. Şübhəsiz, London klubu gələn ilin mülayim may ayında Budapeştin “Puşkaş Arena” stadionunda keçiriləcək və dünyanın bütün guşələrində azarkeşlər üçün möhtəşəm tamaşaya çevriləcək həlledici final oyununun iki iştirakçısından biri olmaq arzusu ilə yaşayır. Komanda istəyini həyata keçirməyi bacarsa, bu sensasiya kimi qarşılanmayacaq. Liqanın 4-cü raund döyüşünə ümidverici nəticə ilə çatmaqla hamımıza hədsiz sevinc bəxş etmiş “Qarabağ” da cədvəldə indiki mövqeyini itirmək fikrindən tamamilə uzaqdır, əksinə, xal ehtiyatını bir qədər də artırmaq barədə düşünür. Azarkeşlər də nəhəng rəqiblə ağır mübarizədə ona həmişəkindən də möhkəm dəstək göstərməyə tam hazırdırlar.

Deməli, hər şey ola bilər. “Qarabağ” Lissabonda, “Benfika”nın doğma şəhərində bu komandaya qalib gələ bilirsə, niyə də Bakıda “Çelsi” ilə də eyni səviyyədə oynamağa, xal qazanmağa ümid etməyək?!

Görüşün hakimliyinə gəldikdə, oyunu Avstriya Futbol Federasiyasının nümayəndələri idarə edəcəklər. Baş hakim rolunda Sebastyan Qishameri görəcəyik. Topa ilk zərbə isə saat 21:45-də endiriləcək. Bizə də bir daha “Uğurlar, “Qarabağ!” demək qalır.

Oqtay BAYRAMOV,
Əməkdar jurnalist

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:261
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Noyabr 2025 11:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın NATO ölkəsi olan Polşaya hücum etmək ehtimalı çox aşağıdır

17 İyul 2026 13:00see485

“Mercedes” əvvəl maşına, sonra ağaca çırpılıb aşdı Yaralı var

18 İyul 2026 00:33see315

Ömər Eldarovun vəziyyəti pisləşib

17 İyul 2026 21:26see251

İlyas Yalçıntaş həbs edildi

17 İyul 2026 06:41see231

KVN nin rejissoru vəfat etdi

17 İyul 2026 17:14see215

Tramp meşə yanğınlarına görə Kanadanı ittiham etdi

18 İyul 2026 04:43see214

ABŞ ın 12 F16 qırıcısı Yaxın Şərqdə gəldi

17 İyul 2026 21:36see212

Kirayə mənzil axtaranların NƏZƏRİNƏ

18 İyul 2026 13:31see179

Əhəmiyyətli irəliləyişlər əldə edə bilərik Trampdan Kobaxidzeyə MƏKTUB

18 İyul 2026 02:26see176

Konor Makqreqor növbəti rəqibinin adını açıqlayıb

18 İyul 2026 05:14see173

Arayikgilin çıxışları başa ÇATDI

17 İyul 2026 21:25see170

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? Pxisoloqdan maraqlı açıqlama

18 İyul 2026 01:29see169

SEPAH İranın cənubunda MQ 9 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb

18 İyul 2026 06:37see168

ADNSU gənc alimləri işə dəvət edir 3500 manatadək maaş TƏKLİFİ FOTO

17 İyul 2026 20:27see164

“Atalanta” Edersonla müqaviləni uzadıb

18 İyul 2026 01:49see163

DÇ 2026: Finalın hakimləri açıqlandı

17 İyul 2026 08:20see162

Məhəmməd Salah və “Beşiktaş” əməkdaşlıq şərtləri barədə razılığa gəliblər

18 İyul 2026 06:19see159

Joni Montiel “Qarabağ”ın heyətindən çıxarıldı

17 İyul 2026 17:16see154

İran İraq Kürdüstanındakı ABŞ bazalarına zərbələr endirdiyini açıqlayıb

18 İyul 2026 03:35see153

Ana və qızı eyni anda məzun oldular: Mən onun qədər çox oxumamışam VİDEO

17 İyul 2026 06:10see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri