Qarabağa qarşı olan erməni Moskvada buna görə “yoxa” çıxdı Nazir
Icma.az, Axar.az portalına istinadən məlumat verir.
Moskvada Areq Şepixin (Ohannisyan) oğurlanmayıb, Moskvanın müvafiq idarələri ilə əməkdaşlıq edən çeçen hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həbs edilib.
Axar.az xəbər verir ki, bu sözləri Çeçenistanın milli siyasət naziri Əhməd Dudayev deyib.
O əlavə edib ki, Şepixinin dindarların dini hisslərini təhqir etmək məqsədi ilə həyata keçirdiyi ictimai hərəkətləri ilə bağlı araşdırma aparılır.
Dudayevin sözlərinə görə, həmin şəxs dəfələrlə etnik təmizləməyə və nasizmə açıq çağırış edib, dini və Allahı təhqir edib, həmçinin ekstremist fikirlər səsləndirib və azyaşlı uşaqları zorlamaq niyyətində olduğunu bəyan edib:
“Həbs olunan şəxsin əməllərinə haqq qazandırmaq həm də ölkəmizin Cinayət Məcəlləsinin bir neçə maddəsinə ziddir, hazırda bununla bəzi blogerlər və sarı mətbuatın nümayəndələri məşğul olur. Korrupsioner Teleqram kanalları xüsusilə qabarıqlaşıb, sifarişli məqalələr dərc edir, müəllifləri adıçəkilən cinayətkarı "qurban” kimi qələmə verməyə çalışır”.
Qeyd edək ki, ötən gecə Moskvanın mərkəzindəki Yaroslavski dəmir yolu vağzalında bir qrup şəxs çeçen, dağıstanlı və müsəlmanları təhqir edən 40 yaşlı erməni Areq Samveloviç Şepixini “Mersedes”in baqajına basaraq, aparmışdı. Şepixin Azərbaycana qarşı fəallığı ilə də seçilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 04 İyun 2025 14:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















