“Qarabağ”a qarşı oyunlardan çox şey öyrəndim”
Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.
“Sabah”ın baş məşqçisi Valdas Dambrauskasın Misli Premyer Liqasının IX turunda öz meydanında “Qarabağ”la qolsuz bərabərliklə başa çatan matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı.
Futbolpress.az xəbər verir ki, litvalı mütəxəssis ilk növbədə qarşılaşma haqqında fikirlərini bölüşdü:
– Hər iki komanda rəqibindən çəkinirdi, çünki qarşıda güclü tərəflər var idi. Uzun müddət hücumda olduq, düzdür, hər iki kollektivin müdafiə xətti çox etibarlı çıxış etdi. Xüsusilə birinci hissədə “Qarabağ”ı öz qapısı qarşısında daha çox sıxışdırdıq, xətlər arasındakı məsafə çox qısa idi, lakin bundan yararlana bilmədik. Birinci yarıda rəqibin müdafiə xəttinin arxasına ötürmələrimiz çox idi, ikinci hissədə də bunu artırdıq. Ümumilikdə heç-heçə ədalətli nəticədir. Hər iki komandada sadəcə qollar çatışmadı. Amma tribunlardakı ab-hava, azarkeşlərin yaratdığı atmosfer möhtəşəm idi, elə bil hansısa Avropa ölkəsində oynayırdıq. Təəssüf ki, azarkeşlərə qol hədiyyə edə bilmədik.
– Yeni stadionun örtüyü və ümumi şəraiti barədə nə deyə bilərsiniz? “Sabah Arena” komanda üçün Masazırdan daha əlverişlidir?
– Şübhəsiz ki, bura daha yaxşı stadiondur və fantastik bazaya malikdir. Meydançanın ot örtüyü mükəmməldir. Bəlkə də ölkədə bu il gördüyüm ən yaxşı meydançadır. Amma ən əsası səyahət və məsafədir. Əvvəllər Masazıra getmək üçün 1 saat 40-45 dəqiqə vaxt sərf edirdik. Avtobusda uzun müddət yol gedəndə silkələnmədən futbolçularda hətta ürəkbulanma da olurdu, ev oyununa çıxanda belə özümüzü səfərdəki kimi hiss edirdik. İndi isə bazamızdan buraya gəlməyə cəmi 15 dəqiqə vaxt sərf edirik. Bu, futbol oynamaq üçün qat-qat rahatdır.
– Rəhman Hacıyev əvvəllər əsas heyətin dəyişilməz üzvü idi, lakin son vaxtlar az oynayır. Onda geriləmə var, yoxsa rəqabətdə uduzur?
– Qətiyyən yox. Rəhman bizim üçün çox önəmli oyunçudur və bu mövsümə qədər etdikləri möhtəşəmdir. Sadəcə, cari sezonda qarşımızda 50-dən çox oyunluq böyük bir təqvim var və biz oyunçular üçün strategiya qurmalıyıq. Bəzi mövqelərdə rotasiyalar etməliyik. Son bir neçə matçda oynamadı, amma bu, o demək deyil ki, nəsə dəyişib. O, hələ də əsas fiqurlarımızdandır.
– Komanda Çempionlar Liqasında və çempionatda uğurla çıxış edir, futbolçular diqqət mərkəzindədir. Cəlbedici transfer təklifləri gələndə futbolçuların diqqətini yayındıra bilərmi?
– Hər rəqibin öz oyun tərzi var. Məsələn, “Borussiya” (Dortmund) üç müdafiəçi və üç hücumçu ilə fərqli sistemdə oynayırdı, “Qarabağ”ın isə başqa yanaşması var. Buna görə də hər matça ayrı hazırlaşırıq. “Qarabağ” oyunu bitdi, indi tamamilə “Turan Tovuz”a köklənirik. Sonra “Vikinq”, ardınca “Şamaxı” gəlir. Məşq üçün vaxtımız həddindən artıq azdır. Bəzən cəmi bir məşq ərzində həm pressinqi, həm topla çıxışı, həm standart vəziyyətləri, həm də əks-hücumları işləməliyik. Bir məşqdə bunların hamısını etmək qeyri-mümkündür. Ona görə də çoxlu video-təhlillər edir, oyunçularla fərdi danışırıq.
– Çempionluq yarışındakı əsas rəqibləriniz olan “Neftçi” və “Qarabağ”la oyunlarda hələ ki qalib gələ bilməmisiniz. Mövsümün bu mərhələsində toplanan xallar sizi qane edir?
– Hələ çempionatın əvvəlidir, cəmi 8 oyun oynanılıb və hər şey dəyişə bilər. Bəlkə də yarışa başqa komandalar qoşulacaq, bəziləri geridə qalacaq. Əgər əsas rəqiblərimizlə hər iki matçda heç-heçə etmişiksə, deməli, onlar da xal itiriblər. Əlbəttə, məni yalnız qələbələr məmnun edir. Çətin dövrlərdən keçirik, amma şikayət edə bilmərik, çünki bu səviyyədə oynamağı özümüz istəmişik. “Neftçi” də, “Qarabağ” da top-klubdur. Xüsusilə ötən il “Qarabağ”a qarşı keçirdiyim matçlarda, bəlkə də, karyeram ərzində oynadığım 200-dən çox görüşdən çox şey öyrəndim. Bu cür güclü rəqiblərlə mübarizə aparmaq bizi inkişaf etdirir. Qarşıda hələ 25 oyun var, hər şey ola bilər. Biz hər dəfə növbəti matçı düşünürük.
Ayxan Zayıdzadə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 25 Oktyabr 2026 21:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















