“Qarabağ”a rəqib olan “İmişli”nin paylaşımı güldürdü Video
Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.
Azərbaycan Premyer Liqasında mübarizə aparan “İmişli” klubunun paylaşımı maraqla qarşılanıb.
“Qafqazinfo” xəbər verir ki, klub rəsmi instaqram hesabında özləri ilə bağlı sarkazmlı video paylaşıb.
Paylaşımda iki foto yer alıb. Şir şəklinin qarşısına “Qələbədən sonra növbəti oyuna hazırlaşan biz”, eyni rənglərdə olan biskvit fotosunun qarşısına isə “Rəqibimizin “Qarabağ” olduğunu yadımıza salanda”, - sözləri yazılıb.
Bu da sosial şəbəkədə geniş müzakirələrə səbəb olub. Bəzi istifadəçilər bunun gülməli olduğunu, digərləri isə klubun özünə hörmətsizlik etdiyini bildiriblər.
Qeyd edək ki, “İmişli” Premyer Liqanın 10-cu turunda “Qarabağ”ı qonaq edəcək. Görüş 31 oktyabr saat 14:00-da Quba OİK-də baş tutacaq.
Sözügedən paylaşımı təqdim edirik:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 30 Oktyabr 2025 14:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















