“Qarabağ”a vurduğum iki qolu qələbəmizə dəyişərdim” Klisman
Qol.az saytına istinadən Icma.az xəbər verir.
“Neftçi”nin yarımmüdafiəçisi Qustavo Klisman jurnalistlərin suallarını cavablandırıb.
QOL.az xəbər verir ki, 27 yaşlı braziliyalı futbolçu Misli Premyer Liqasının 8-ci turunda “Neftçi”nin “Qarabağ”la 3:3 hesablı heç-heçə etdiyi oyun barədə danışıb.
– Oyunla bağlı fikirləriniz necədir?
– Əlbəttə, buradan bir xalla getdiyimizə görə üzülürük. Çünki üç xal bizdə idi, sonda əlimizdən çıxdı. Amma buna baxmayaraq, komanda yoldaşlarıma göstərdikləri oyuna və əzmkarlığa görə təşəkkürümü bildirirəm. Meydanda əlimizdən nə gəldisə, etdik. Amma futboldur, belə şeylər olur.
– Qələbə qazanmaq üçün “Neftçi”yə nə çatmadı?
– Bunu indi təhlil etmək çətindir. Düşünürəm ki, bu barədə daha sakit başla cavab vermək olar.
– İki iddialı komandanın hər biri bir xal qazandı. Bunu “Neftçi” üçün uğurlu nəticə saymaq olar, yoxsa itirilmiş xallar?
– Biz hər oyuna qələbə üçün çıxırıq və çalışırıq ki, bunu meydandakı oyunumuzla da göstərək. Bəzən istəyirsən, amma sonda alınmır. Üzülürük, amma irəliyə baxmaq lazımdır.
– Azarkeşlər haqqında nə deyə bilərsiniz?
– Bu gün atmosfer mükəmməl idi. Fürsətdən istifadə edib onlara təşəkkürümü bildirmək istəyirəm. Onlar bu gün meydanda 12-ci oyunçumuz kimi özlərini göstərdilər. Düşünürəm ki, hər oyunda bizi dəstəkləsələr, uğurlarımız daha çox olar. Onların dəstəyi mənə meydanda yaxşı mənada çox təsir edir.
– Bugünkü oyununuz karyeranızdakı ən yaxşı çıxışlardan biri sayıla bilərmi?
– Mənim mövqeyim elədir ki, hər oyunda qol vurmaq şansım olmur. Amma bu gün belə böyük oyunda iki qol vurmaq fürsətim oldu və bu, məni sevindirir. Lakin bu iki qolu qələbəmizə, üç xala dəyişərdim.
– Ötən tur “Sabah”la qarşılaşmısınız. İki əsas rəqibə qarşı ardıcıl oyun keçirmək nə dərəcədə çətindir?
– Hər iki rəqib yaxşı keyfiyyətli oyunçulardan ibarət idi. Biz də öz oyunumuzla göstərdik ki, onlardan geri qalmırıq və sona qədər mübarizə aparacağıq.
Aysu Orucova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 18 Oktyabr 2026 09:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















