Icma.az
close
up
RU
“Qarabağ”da bir çox futbolçu uğurdan doyub”

“Qarabağ”da bir çox futbolçu uğurdan doyub”

Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Qarabağ”da bir çox futbolçu uğurdan doyub”

Futbol mütəxəssisi Şahin Diniyev QOL.az saytının suallarını cavablandırıb.

-  Artıq Misli Premyer Liqasında mövsüm başa çatmaq üzrədir, medalçılar və avrokubok iştirakçıları bəllidir. Bu mövsüm necə keçdi və digərləri ilə hansı cəhətdən fərqləndi?

-    Əvvəlcə onu deyim ki, legioner limitinin ləğvi Azərbaycan futboluna mənfi təsir edəcək. Bu, şübhəsizdir. Amma limitin ləğvinin klub futbolunda müsbət təsiri oldu. Çempionatda rəqabət artdı. 6-7 komanda avrokuboklar üçün mübarizə apardı. Bu rəqabət də çempionatın səviyyəsinin artmasına səbə oldu. Məncə, maraqlı və gərgin çempionat oldu. Turdan-tura vəziyyət dəyişirdi. Son turlara qədər avrokuboklara gedəcək komandalar bilinmirdi. Çempionluq bir az tez həll olundu. “Qarabağ” olan yarışda digər komandanın mövsümün sonuna bir neçə tur qalmış çempion olması bir az təəccüblü oldu. “Neftçi”nin yüksəlişi yaxşı mənada təəccüb yaratdı. Çempionatın əvvəlindəki və sondakı durumu kəskin fərqlənir. Komanda stabil olaraq inkişaf etdi və Konfrans Liqasına vəsiqə qazandı. 

“Zirə”nin qıraqda qalması bir az təəssüf doğurur. Bütün çempionat boyu “Qarabağ” və “Sabah”dan sonra 3-cü komanda kimi “Zirə” görünürdü. Ancaq rəqabət artdığı zaman belə hallar yaşanır. Ola bilər ki, zədələr oldu, yaxud da hansısa rotasiyalar edə bilmədilər, bunu deyə bilmərəm. Amma “Zirə” də avrokuboklara layiq komanda idi. Yalnız “Zirə”nin hazırkı yeri bir qədər təəssüf yaradır. Digər bütün komandalar öz oyunlarına uyğun yerdədirlər. “Qarabağ”ın iki eyni heyətə malik olmaması çempionatda işini çətinləşdirdi. Legioner limitinin ləğvindən sonra “Qarabağ”da bu problem görünməyə başladı. Bütün güclərini Çempionlar Liqasında qoydular və yerli çempionatda onları əvəz edən heyət olmadı. Əvvəl ikinci heyətin də gücü çempionluğa çatırdı. Ancaq legioner limitinin ləğvindən sonra rəqiblər gücləndi, bir çox komanda 11 legionerlə oynadı. Ona görə də “Qarabağ”ın da ikinci olması təəccüblü deyil. “Zirə” istisna olmaqala hər komanda öz yerini tutdu.

- Çempionatın səviyyəsi ilə bağlı legioner limitinin ləğvi amilini qeyd etdiniz. Bəs Kurban Berdıyev, Valdas Dambrauskas, Yuri Vernidub kimi məşqçilərin klublarımıza gəlişi yarışa nə dərəcədə təsir etdi?

- Əlbəttə, məşqçi işi əsas şərtlərdəndir. Onların əməyini danmaq olmaz. Bir şeyi də qeyd edək ki, məşqçinin əlində lazım olan material yoxdursa, bir şey edə bilməz. Yəni məşqçilərin gəlişi ilə yanaşı, böyük maliyyənin olması da vacibdir. Çünki məşqçi istədiyi futbolçunu gətirməlidir ki, istədiyi nəticəni də versin.

- Yuri Vernidub “Neftçi”yə gələndən sonra heyət dəyişikliyi olmadı. 

- Bəli, amma “Neftçi” əvvəldən komandanı qurmaq üçün yaxşı maliyyə ayırmışdı. Mən heç bir məşqçinin işini kiçiltmək istəmirəm. Təbii ki, məşqçilər arasında da rəqabətin olması vacib şərtlərdəndir. Böyük maliyyəni idarə etmək üçün yaxşı məşqçi lazımdır ki, qeyd etdiyiniz klublar o məşqçini tapdılar.

- Klublarımızın avrokuboklarda uğurlu çıxışına ümid etmək olar?

- Rəqiblərdən çox şey asılı olacaq. Ancaq bir şeyə əminəm ki, komandalarımız əvvəlki kimi ilk mərhələdən geri dönməyəcəklər, davamı gələcək. Nə qədər gedəcəkləri isə püşkatmadan, reytinqlərindən asılı olacaq. Transferlərdən də çox asılıdır. Ona da əminəm ki, klublarımız irəli getmək üçün lazım olan transferləri edəcəklər. Onların maliyyəsi də buna imkan verir.

- İlk dəfə ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Sabah”dan gözləntiniz nədir?

- “Sabah” yaxşı heyətə malikdir. Onlar birnəfəsə bu uğura çatdılar. Yəni komandada bir yüksəliş başladı və sona qədər getdilər. Çempionat və kubokda büdrəmədilər. “Qarabağ” olan yarışda bunları bacarmaq hər komandanın işi deyil. “Sabah”da artıq Avropa təcrübəsi də var. Düşünürəm ki, 1-2 mərhələni rahatlıqla keçəcəklər.

- Uzun illər Çempionlar Liqasında iştirak edən “Qarabağ”ın Avropa Liqasında oynaması nəticələrinə necə təsir edə bilər?

- Düzdür, indi asan rəqib yoxdur, amma bayaq qeyd etdiyim kimi, “Qarabağ”ın yaxşı avrokubok təcrübəsi var ki, bu da onların reytinqinə müsbət təsir edib. Hər halda Avropa Liqasındakı komandaların səviyyəsi Çempionlar Liqasına nisbətən bir pillə aşağıdadır. Buna görə də “Qarabağ” orda daha özünəinamlı olacaq. Daha qüdrətli və etibarlı bir “Qarabağ” görə biləcəyik. Onlar da mütləq heyətə əl gəzdirməlidir. Komandaya yeni nəfəs lazımdır. Bir çox oyunlarda göründü ki, bəzi futbolçular artıq Çempionlar Liqasından doyublar. Futbolçu nə qədər ac olarsa, o qədər istəkli olacaq. Mən klubun daxili işinə qarışa bilmərəm, amma görünən odur ki, bir çox futbolçu artıq nailiyyətdən doyub. Məncə, klub özü bunu hər kəsdən daha yaxşı anlayır. Düşünürəm ki, komandaya yeni nəfəs gətirəcək transferlər olacaq.

- “Turan Tovuz” və “Neftçi”nin Konfrans Liqasındakı çıxışlarından nə gözləyə bilərik?

- Azərbaycanda azarkeş dəyəndə ağıla gələn ilk bölgələrdən biri Tovuzdur. Bu bölgənin təmsilçisi 32 il əvvəl avrokuboklarda iştirak edib. Komandada bəzi mövqelər var ki, mütləq güclənməlidir. Bunu məşqçilər korpusu da bilir. Klubda yaxşı məşqçi işi  var. Ən başlıcası nəticəyə oynayan bir klubdur. Bəlkə də, oyunları rəngarəng olmaya bilər, amma nəticəyə oynamağı bacarmaq asan deyil. Bu sarıdan düşünürəm ki, “Turan Tovuz”un da şansları pis deyil və ən azı bir mərhələni keçəcəklər.
“Neftçi”yə gəldikdə, onlar da yaxşı formadadırlar. Görünür ki, daxildə də yaxşı atmosferləri var. Bir az da güclənsələr, daha yaxşı olacaq. Bir çox mövqeyə, əsas da hücum xəttinə yeni oyunçu lazımdır. Məncə, komanda güclənsə, bir neçə mərhələ keçə bilər.

Ramiq Ağaməmmədov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:175
embedMənbə:https://qol.az
archiveBu xəbər 18 May 2026 17:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see380

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see374

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see355

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see348

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see329

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see328

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see304

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see276

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see261

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see254

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see239

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see235

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see229

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see220

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see213

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see210

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see204

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see189

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see188

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri