Icma.az
close
up
RU
Qarabağda bu sahələrə işçilər axtarılıır Maaş 2000 manatdan yuxarıdır

Qarabağda bu sahələrə işçilər axtarılıır Maaş 2000 manatdan yuxarıdır

Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Qarabağa “Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı infrastruktur layihələri davam edir. Bölgələrimizdə dəmir yolu və avtomobil yollarının çəkilişi, elektrik enerjisi və su təchizatının bərpası, tikinti işlərinin sürətləndirilməsi layihələri həyata keçirilir. Təbii ki, bütün bu layihələrin uğurlu icrası bölgədə məşğulluğun da artırılmasını və yeni iş yerlərinin yaradılmasını zəruri edir.

“AzPolitika” bu konteksdə Dövlət Məşğulluq Agentliyinin elektron sistemi əsasında Qarabağda elan olunan iş imkanlarını araşdırıb.

Qeyd edək ki, sözügedən platformada müxtəlif peşə sahələrini əhatə edəm – mühafizə, nəzarət, kənd təsərrüfatı mütəxəssisləri, sürücülük, tikinti, mühəndislik, memarlıq, operatorluq, eləcə də xidmət sahələri (satıcı, çörəkçi, əczaçı) iş elanları görmək mümkündür. Elanlara əsasən, işlərin böyük hissəsi xidmət və tikinti sahələrini əhatə edir və ən çox tələbat usta peşələrinədir. Şirkətlər əsasən, 18-65 yaş aralığında, orta-ixtisas təhsili olan işçi axtarışındadırlar. Əməkhaqqı məbləği işəgötürən tərəfindən müəyyən edilir və təqdim olunan elanlara əsasən maaşlar 400 manatdan başlayaraq 2841 manata qədər dəyişir. Orta maaş aralığı – 550–1700 AZN arasındadır. Xüsusi yüksək maaşlı vakansiyalar da var – Topoqraf (2449 AZN), Sahə memarı (2000+ AZN), Baş mühasib (2841 AZN).

Sözügedən vakansiyaların siyahısını təqdim edirik:

- Gözətçi – 550 AZN (Laçın)

- Aparıcı məsləhətçi (Zootexnik) – 480 AZN (Ağalı kəndi)

- Baş məsləhətçi (Aqranom) – 495 AZN (Ağalı kəndi)

- Mühafizəçi (Azərsun) – 590 AZN (Cəbrayıl)

- Uçuşların təhlükəsizliyi üzrə mütəxəssis (AZAL) – 800 AZN (Laçın)

- Topoqraf (Kaspian Teknoloji Saplay) – 2449 AZN (Laçın)

- Sahə rəisi (Azinvest İnşaat) – 1500+ AZN (Kəlbəcər)

- Sahə memarı (Azinvest İnşaat) – 2000+ AZN (Kəlbəcər)

- Baş mühasib (Dost Agropark) – 2841 AZN (Zəngilan)

- Anbardar (Qaya Safety Solutions) – 1126 AZN (Cəbrayıl)

- Nəzarətçi (SMTS MMC) – 650–750 AZN (Ağdam)

- Döşəmə ustası, Üzləyici, Rəngsaz (HN Construction) – 600 AZN (Zəngilan)

- Sürücü (SSAL-2 MMC) – 1000 AZN (Ağalı kəndi)

- Elektrik (SSAL-2 MMC) – 1000 AZN (Ağalı kəndi)

- Mühafizəçi (KRB Projects MMC) – 840 AZN (Cəbrayıl)

- Satınalma üzrə mütəxəssis (Dost Agropark) – 1700 AZN (Zəngilan)

- Tərəzi operatoru – Yük maşınları (Dost Agropark) – 1000 AZN (Zəngilan)

- Ekskavator operatoru (Nort Vest Konstrakşn) – 1584 AZN (Kəlbəcər)

- Əczaçı (Buta Farm) – 400 AZN (Ağalı kəndi)

- Satıcı (Buta Farm) – 400 AZN (Ağalı kəndi)

- Tünel işçisi (Polat Yol Yapı) – 1140 AZN (Laçın)

- Çörəkçi və Şirniyyatçı (Raisa İz çörək evi) – 670 AZN (Laçın)

Qeyd edək ki, İş axtaran şəxslər e-sosial.az portalı üzərindən Məşğulluq Alt Sisteminə daxil olub işsiz və ya iş axtaran kimi qeydiyyatdan keçə bilərlər. CV göndərərkən elektron poçtunuzda “mövzu” hissəsində müraciət etdiyiniz vakansiyanın adı qeyd edilməli, CV-lər [email protected] elektron poçt ünvanına göndərilməlidir.

E. Bəyməmmədli

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:588
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 02 Sentyabr 2025 11:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see284

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see268

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see254

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see224

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see204

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see203

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see202

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see190

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see188

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see186

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see180

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see173

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri