Qarabağda buraxılış imtahanı verəcək şagirdlərin SAYI
Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Dövlət İmtahan Mərkəzi 2 mart 2025-ci il tarixində işğaldan azad olunmuş Ağdərə, Şuşa, Laçın, Xankəndi və Xocalı rayonlarında tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirəcək.
Modern.az-ın sorğusuna cavab olaraq Dövlət İmtahan Mərkəzindən bildirilib ki, Xankəndi şəhəri 4 N-li tam orta məktəb, Xocalı şəhəri 1 N-li tam orta məktəb, Şuşa şəhəri 1 N-li tam orta məktəb və Laçın rayonu Sus kənd tam orta məktəbində ilk dəfə olaraq buraxılış imtahanı keçiriləcək.
Bildirilib ki, Laçın rayonu 2 N-li tam orta məktəb, Zabux kənd tam orta məktəbi və Ağdərə rayonu Talış kənd tam orta məktəbində də buraxılış imtahanı keçiriləcək. Bu məktəblərdə buraxılış imtahanları artıq ikinci dəfə təşkil edilir.
İşğaldan azad olunan rayonlar üzrə buraxılış imtahanları 7 binada təşkil olunacaq. İmtahanın idarə olunmasına 7 bina nümayəndəsi və 7 imtahan rəhbəri cəlb olunub.
İşğaldan azad olunmuş rayonlardakı imtahanlarda ümumilikdə 45 şagirdin iştirakı nəzərdə tutulub. İmtahan binalarına Dövlət İmtahan Mərkəzinin əməkdaşları tərəfindən əvvəlcədən baxış keçirilib və lazımı hazırlıqlar görülüb.
Qeyd edək ki, martın 9-da isə Zəngilan rayon Ağalı Kənd tam orta məktəbində, Füzuli şəhər M.Uluqbəy adında 1 nömrəli tam orta məktəbdə və Cəbrayıl şəhər M.Mehdizadə adına şəhər tam orta məktəbində (bu məktəbdə ilk dəfədir) buraxılış imtahanı keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 02 Mart 2025 00:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















