Qarabağda çəkilişlər aparmış jurnalist Rusiyada qiyabi həbs edildi
Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Sankt-Peterburqun Primorski Rayon Məhkəməsi jurnalist Aleksandr Nevzorov barəsində qiyabi həbs qərarı çıxarıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə şəhər məhkəmələrinin birləşmiş mətbuat xidmətinin rəhbəri Darya Lebedeva öz Telegram kanalında məlumat yayıb.
Qərara əsasən, həbs qətimkan tədbiri jurnalist Rusiya ərazisinə ekstradisiya olunduğu və ya saxlanıldığı andan etibarən iki ay müddətinə qüvvədə olacaq.
Jurnalist iki cinayət maddəsi – “xarici agent” öhdəliklərindən yayınma və ekstremist fəaliyyəti maliyyələşdirmə maddələri üzrə ittiham olunur.
Qeyd edək ki, avqust ayında məhkəmə jurnalistin həyat yoldaşı Lidiya Nevzorova barəsində də qiyabi həbs qərarı çıxarmışdı. İyul ayında isə cütlük Rusiya məhkəməsi tərəfindən “ekstremist birlik” kimi tanınaraq ölkə ərazisindəki fəaliyyətlərinə qadağa qoyulub. Eyni zamanda, jurnalistin Finlandiya körfəzi sahilində yerləşən dördmərtəbəli villası və torpaq sahələri qanunsuz əldə edildiyi əsası ilə dövlət mülkiyyətinə keçirilib.
Xatırladaq ki, A. Nevzorov Birinci Qarabağ müharibəsi illərində hərbi müxbir kimi cəbhə zonasında çəkilişlər aparıb. O, Qarabağla yanaşı, cəbhənin Qazax-Ağstafa istiqamətində gedən döyüşləri də lentə alaraq xüsusi reportajlar hazırlayıb.
Baxış sayı:149
Bu xəbər 28 Avqust 2026 19:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















