Icma.az
close
up
RU
Qarabağda daha 44 abidə reyestrə daxil edilib RƏSMİ

Qarabağda daha 44 abidə reyestrə daxil edilib RƏSMİ

Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

İşğaldan azad olunmuş ərazilərdə aparılan kompleks tədqiqat və inventarlaşdırma işləri nəticəsində daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına əhəmiyyətli dəyişikliklər edilib.

Ölkə.az xəbər verir ki, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib, Nazirlər Kabinetinin 2025-ci il 3 iyul tarixli, 193 nömrəli Qərarı ilə Ağdam, Kəlbəcər, Füzuli, Laçın, Zəngilan və Xocavənd rayonları üzrə tarixi, memarlıq və arxeoloji əhəmiyyət daşıyan 44 yeni aşkar edilmiş abidə daşınmaz tarix-mədəniyyət abidələrinin dövlət reyestrinə daxil edilib.

Qeyd olunan dəyişiklik, Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli, 132 nömrəli Qərarına əsasən qüvvədə olan “Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” sənədə edilmiş əlavələr çərçivəsində həyata keçirilib.

Dövlət Xidmətinin məlumatına görə, ümumilikdə 550 tarixi abidənin inventarlaşdırılması prosesi artıq başa çatdırılıb. Bu abidələr işğaldan azad olunmuş ərazilərdə yerləşir və dövlət mühafizəsinə götürülüb. Paralel olaraq, aparılan monitorinqlər zamanı daha 402 abidə - tarixi, memarlıq və arxeoloji baxımdan əhəmiyyətli obyektlər müəyyənləşdirilərək “yeni aşkar edilmiş abidələr” kimi qeydə alınıb.

İnventarlaşdırma zamanı aşkarlanan faktlar Ermənistanın mədəni irsimizə qarşı törətdiyi vandalizm aktlarını bir daha üzə çıxarıb. Dövlət Xidməti bildirir ki, 68 abidə tamamilə dağıdılıb,114 abidə qismən və ya ciddi dərəcədə zədələnib,əksər abidələr təhqir olunub, tövlə və anbar kimi istifadə edilib.

Bütün bu hallar sənədləşdirilərək müvafiq qurumlara təqdim olunub.

Xidmətin açıqlamasında vurğulanır ki, sonuncu dəfə daşınmaz abidələrin siyahısı 2001-ci ildə təsdiq edilib və aparılan təhlillər zamanı həmin siyahıda ciddi çatışmazlıqlar - adların, tarixlərin uyğunsuzluğu, əhəmiyyətli abidələrin ümumiyyətlə daxil edilməməsi kimi faktlar aşkarlanıb.

Məhz bu səbəbdən Mədəniyyət Nazirliyi yanında Daşınmaz Mədəni Sərvətlərin Müəyyən edilməsi üzrə Ekspert Şurası tərəfindən siyahının yenilənməsi və mövcud uyğunsuzluqların aradan qaldırılması istiqamətində işlər fasiləsiz davam etdirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:115
embedMənbə:https://olke.az
archiveBu xəbər 06 Avqust 2025 14:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see535

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see496

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see368

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see283

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see278

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see271

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see269

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see263

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see261

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see242

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see240

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see240

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see236

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see224

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see215

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see211

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see206

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see188

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see182

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri