Icma.az
close
up
RU
Qarabağda əhali artır, Şərqi Zəngəzurda azalır 33 ilin mənzərəsi

Qarabağda əhali artır, Şərqi Zəngəzurda azalır 33 ilin mənzərəsi

Icma.az, Modern.az saytına istinadən bildirir.

Son 33 ildə Qarabağ və Şərqi Zəngəzurdan olan əhali əsasən Bakı və respublikanın digər bölgələrində məskunlaşıb. Bu dövrdə bölgələrin inzibati ərazisinə daxil olan rayonların əhali sayı dəyişib, demoqrafik nisbətlərdə isə fərqli meyillər formalaşıb.

Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 1992-ci ildə Qarabağ və Şərqi Zəngəzurda əhalinin ümumi sayı 1 milyon 155 min 700 idi. Onlardan 235 min 100-ü şəhərdə, 454 min 700-ü kənddə olmaqla 689 min 800-ü Qarabağ iqtisadi rayonunda, 465 min 900-ü isə Şərqi Zəngəzur iqtisadi rayonunda yaşayırdı. Həmin il Şərqi Zəngəzurda da yaşayanların böyük əksəriyyəti – 345 min 600-ü - kəndlərdə məskunlaşmışdı.
2025-ci ilin son məlumatlarına əsasən, Qarabağ iqtisadi rayonundan olanların ümumi sayı 747 min 500 nəfər təşkil edir ki, bu da 33 il əvvəllə müqayisədə təxminən 9 faiz artım deməkdir. Hazırda Qarabağ əhalisinin 377 min 800-ü kişi, 369 min 700-ü isə qadınlardan ibarətdir.
Şərqi Zəngəzur əhalisinin sayında isə müəyyən azalmalar müşahidə olunur. Belə ki, son statistikaya görə, Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan əhalisinin ümumi sayı 302 min 200-dür. Ümumilikdə işğaldan azad olunan bölgələrdən olan əhalinin sayı 1 milyon 49 min 700 nəfərdir.

Rayonlar üzrə əsas göstəricilər:

Xankəndi 
1992-ci ildə Xankəndidə 57 min 700 nəfər yaşayırdı. Hazırda bu rəqəm 4 min 400 nəfərə bərabərdir. Bu 33 il əvvəlki göstəricinin sadəcə 7,6 faizidir. Hazırda xankəndililərin 2 min 200-ü kişi, 2 min 200-ü isə qadındır. 

Ağdam 
Ağdamda 1992-ci ildə 143 min 600 nəfər yaşayırdı. Bu gün isə əhali sayı 175 min 700-ə çatıb. Bu da əhali sayının 22,4 faiz artdığını göstərir. Onlardan 88 min 100-ü kişi, 87 min 600-ü qadındır. 

Füzuli 
Füzulinin 1992-ci ildəki 106 min 700 nəfərlik əhalisi bu gün 131 min 500 nəfərə çatıb. 33 il ərzində əhali 23 faizdən çox artıb. Füzulidə kişi və qadın nisbəti də demək olar ki, eynidir: 65 min 600 kişi, 65 min 900 qadın.

Xocalı 
Xocalıda 1992-ci ildə 24 min 100 nəfər yaşayırdı. Bu gün isə əhali 15 min 600 nəfərdir. Bu, işğaldan əvvəlki göstəricinin 64,7 faizidir. Onların 7 min 700-ü kişi, 7 min 900-ü qadındır. 

Xocavənd 
Xocavəndin əhalisi təxminən təxminən 71 faiz azalaraq 42 min 900 nəfərdən 12 min 400 nəfərə düşüb. Əhalinin yarısını kişilər – 6 min 300 nəfər, yarısını isə qadınlar – 6 min 100 nəfər təşkil edir. 

Şuşa 
1992-ci ildə 22 min nəfərlik Şuşanın bugünkü əhalisinin sayı 25 min 200 nəfər təşkil edir. Bu, 14,5 faiz artım deməkdir. Şuşalılar arasında da demoqrafik bərabərlik demək olar ki, qorunur. Belə ki, onların 12 min 500-ü kişi, 12 min 700-ü isə qadındır. 

Cəbrayıl 
Cəbrayılda əhali işğaldan əvvəl 52 min 300 nəfər idisə, hazırda bu rəqəm 73 min 500 nəfərə yüksəlib. Bu da 41 faiz artım deməkdir. Bu, azad edilmiş bölgələr arasında ən böyük artım göstəricilərindən biridir. Əhalinin 36 min 700 nəfəri kişi, 36 min 800 nəfəri qadındır. 

Kəlbəcər 
Kəlbəcərin 1992-ci ildə 58 min 900 nəfərdən ibarət əhalisi indi 72 min 400 nəfərə çatıb ki, bu təxminən 23 faiz artım deməkdir. Onların təxminən 52 faizi – 37 min 200-ü kişi, 35 min 200-ü isə qadındır. 

Qubadlı 
Qubadlı əhalisi 33 il ərzində 22,3 faiz artıb. Belə ki, 1992-ci ildə Qubadlının əhalisi 30 min 500 nəfər idisə, hazırda bu rəqəm 37 min 300-dür. Qubadlıda kişilərin sayı 18 min 500 nəfər, qadınların sayı isə 18 min 800 nəfər təşkil edir.
Laçın 
Laçında əhali 56 min 500 nəfərdən 76 min 100 nəfərə çatıb - təxminən 35 faiz artım. Əhalinin 37 min 400 nəfəri qadın, 38 min 700 nəfəri kişidir. 

Zəngilan 
Zəngilanın əhalisi işğaldan sonra 30 faiz artıb. 1992-ci ildə əhalisinin sayı 32 min 900 nəfər olan zəngilanlıların indiki sayı 42 min 900 nəfər təşkil edir. Onlardan 21 min 300 nəfəri kişi, 21 min 600 nəfəri qadındır. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:58
embedMənbə:https://modern.az
archiveBu xəbər 06 Oktyabr 2025 16:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see344

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see247

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see211

İranın silahlı qüvvələri hara zərbə endirəcəklərini dəqiq bilirlər Abbas Əraqçi

03 Yanvar 2026 10:23see204

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see190

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see188

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see162

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see159

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see158

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see152

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see145

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see142

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see142

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see140

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see140

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see140

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see138

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see136

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see135

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri