Icma.az
close
up
RU
Qarabağda əhalinin məşğul ola biləcəyi təsərrüfatlar açıqlandı

Qarabağda əhalinin məşğul ola biləcəyi təsərrüfatlar açıqlandı

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İşğaldan azad olunan ərazilərdə bərpa və quruculuq işlərinin sürətlə davam etdiyi bir vaxtda Qarabağ ölkənin yeni, müasir və yüksək texnologiyalı aqrar mərkəzinə çevrilir. Tarixən Azərbaycanın kənd təsərrüfatı potensialında xüsusi paya malik olan bölgə hazırda "yaşıl enerji" və "ağıllı kənd" konsepsiyası əsasında yenidən qurulur. 2027-ci ilə qədər əkin sahələrinin nə qədər genişləndirilməsi ilə bağlı planlar mövcuddur.

Modern.az-a açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin Tahir Rzayev bildirib ki, Qarabağ və Şərqi Zəngəzur torpaqları böyük kənd təsərrüfatı potensialına malikdir:
"Vaxtilə Qarabağ və Şərqi Zəngəzur torpaqlarında müxtəlif kənd təsərrüfatı məhsulları yetişdirilib. Bu region üzümçülük, pambıqçılıq, taxılçılıq, heyvandarlıq, bağçılıq təsərrüfatları kimi formalaşmışdı. Düşmən tapdağı altında qaldığı 30 ildən çox bir müddətdə bu torpaqlar, kəndlər, şəhərlər viran edilib və  həmin ərazidə olan kənd təsərrüfatı infrastrukturu da yer üzündən silinib".

Komitə sədrinin sözlərinə görə, bu gün Qarabağda çox möhtəşəm tikinti, abadlıq, quruculuq işləri gedir, eləcə də kənd təsərrüfatının inkişafı üçün əsaslar hazırlanır:

"Artıq min hektarlarla sahələrdə kənd təsərrüfatı məhsulları yetişdirilməkdədir. Yay aylarında fermerlər öz heyvanlarını, arıçılar öz arı ailələrini dağlıq ərazilərə çıxarırlar və o torpaqlarda həyat davam eləyir.
Zəngilanda, Xocalıda yüz hektarlarla torpaq sahəsi icarə formasında insanlara verilib, onlar əkinlə-biçinlə məşğuldurlar. Qarabağ və Şərqi Zəngəzur torpaqları məhsuldar torpaqlardır və müasir texnologiyadan istifadə edilməsi nəticəsində, o torpaqlar bir neçə ildən sonra ölkənin iqtisadi inkişafına böyük töhfə vermək imkanlarını təmin edəcəklər. Bu gün həmin ərazilərdə su təminatının yaxşılaşdırılması, yolların çəkilməsi, körpülərin salınması istiqamətində gedən işlər, əlbəttə ki, gələcəkdə o kəndlərin bir kənd təsərrüfatı nümunəsi kimi ortaya çıxmasını reallaşdıra bilər".

T.Rzayev vurğulayıb ki,Qarabağ torpaqlarında bir neçə ildən sonra pambıq, taxıl, bostan məhsulları əkiləcək: 

"Cənab Prezidentin imzaladığı fərman və sərəncamlarda Qarabağ və Şərqi Zəngəzur torpaqlarının abadlaşdırılması, orada iqtisadiyyatın inkişafı, yeni infrastruktur layihələrinin həyata keçirilməsi başlıca bir vəzifə kimi qarşıya qoyulub. Eləcə də kənd təsərrüfatının inkişafı yüksək qiymətləndirilib və gələcəkdə o torpaqlara daha çox investisiyanın cəlb edilməsi nəzərdə tutulur".
Deputatın sözlərinə görə Qarabağ və Şərqi Zəngəzur ölkənin iqtisadi inkişafında çox mühüm və əhəmiyyətli rol oynayır.

Lamiyə Cənnətzadə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://modern.az
archiveBu xəbər 23 Sentyabr 2026 22:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see627

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see318

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see307

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see300

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see297

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see295

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see282

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see268

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see263

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see254

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see248

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see239

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see234

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see234

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see234

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see230

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see230

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see228

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see226

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see216
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri