Icma.az
close
up
RU
Qarabağda heyət dəyişikliyinə ehtiyac var, baş məşqçidə problem görmürəm Ekspert Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Qarabağda heyət dəyişikliyinə ehtiyac var, baş məşqçidə problem görmürəm Ekspert Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Azxeber.com saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Qarabağ"ın bu mövsüm uğursuz çıxışına əslində bir səbəbdən deyil, bir neçə səbəb üzərindən fikir bildirmək olar. İstənilən komandada, yəni bu komandanın böyük, super komanda olmasından fərq olması və yaxud da ki, ortabab komanda olmasından asılı olmayaraq, müəyyən bir nəsil dəyişmə, eyni zamanda bir "perezaqruska" deyə də yenidən başlama bir dövrü olur. Mən düşünürəm ki, "Qarabağ" klubunda bu dövr hazırda başlanıb və proses gedir. Bu ilin yazında "Braga" və "Bayer"lə nümayiş etdirilən super futboldan sonra azərkeşlərin gözləntiləri çox böyümüşdü və sadəcə bilmək lazım idi ki, "Qarabağ" bundan artığına fiziki, potensial olaraq qadir deyil".

Bu sözləri AZXEBER.COM-a açıqlamasında tanınmış idman mütəxəssisi, "Rekord.az" saytının təsisçisi Kənan Məstəliyev "Qarabağ" futbol klubunun son aylar ərzində Avrokuboklarda zəif təsir bağışlamasına münasibət bildirərkən deyib.

İdman mütəxəssisi qeyd edib ki, "Qarabağ"da kifayət qədər potensiallı futbolçular olsa da, biz onların builki uğurlu performanslarını görə bilmirik:

"Bu tempdə uzun müddət performans nümayiş etdirmək çox çətindir, çünki "Qarabağ"ın heyəti bəllidir, yaxşı futbolçuları var, amma onların da potensialları bir yerə qədərdir, eyni zamanda "Qarabağ"ın çıxış elədiyi ölkə çempionatında da o qədər rəqabət yoxdur deyə onlar da öz formalarını maksimalda saxlaya bilmirlər. Azərbaycan çempionatının zəif olması, daxili birincilikdə rəqabətin olmaması "Qarabağ"ın hazırkı nəticələrinə gətirib çıxardan səbəblərdəndir. O cümlədən heyətdəki oyunçuların artıq bir çoxunun əvvəlki formasından uzaq olması, lazımi gücü ortaya qoya bilməməsidir.  Məsələn, Abdullah Zubirdi, Marko Veyşoviçdi. Biz gözlədiyimiz səviyyədə oynamırlar. Dünənki maçtda gördük ki, Yasin Benziya da o həvəsdə deyildi, xüsusilə dünənki maçtda o, performansından çox aşağı oynadı. Romao zatən ehtiyata düşür, ehtiyat oyunçusuna çevrilib, müdafiə xəttində boşluqlarımız var. Bədavi zədəlidir, amma oynayanda da səhvlərə yol verirdi, eyni zamanda digər futbolçularımız da onun kimi...".

Ekspert hesab edir ki, Qurban Qurbanov mövcud heyətlə artığını edir və ondan sonra gələn heç bir məşqçi onun etdiyini edə bilməyəcək:

""Qarabağ"da heyət dəyişikliyinə ehtiyac var. Burada baş məşqçidə bir problem görmürəm, çünki, Qurban Qurbanov bu heyətlə bundan artığını maksimum edir və bundan artığını mən düşünmürəm ki, hansı baş məşqçi gəlsə eləyə bilər. Çünki dünənki oyunda da gördük ki, qurulan taktika öz effektini verirdi və biz "Lyon" kimi komandanı qapısına sıxmışdıq. Bir neçə epizodlar, real gol vəziyyətləri qaçdı, dirəklərdən toplar döndü, yəni bəxt bizim tərəfimizdə olmadı. Əvvəzindən rəqib əlinə düşən yarım şanslardan belə istifadə elədi və qələbə qazandı, çünki onlar çox güclü futbolçulardan təşkil olunmuş kollektivdirlər, təcrübəlidirlər. Ümumiyyətlə, deyə bilərəm ki, "Qarabağ"ın uğursuzluğunun dayanması üçün, belə bir prosesin davam etməməsi üçün gələn ildə də heyətdə dəyişiklik eləməlidir. Yəni, yaşlı futbolçular göndərilməlidir, onların yerinə perspektivli futbolçular alınmalıdır. Əslində, bu yay iki nəfər alıbdır. Addai və Aleksey Kaşukdan söhbət gedir, amma onlar hələ ki, o effekti vermirlər. Xüsusən, Addai o səviyyədə deyil, "Qarabağın futbolçu səviyyəsində deyil, uyğunlaşa bilmir. Kaşuk da pis deyil, amma ona da vaxt lazımdır. Lakin bu bir-iki transfer də bəhs eləmir. Həm qışda, həm də gələn yayda artıq daha yaxşı futbolçular transfer edərək komandanı kompleksləşdirmək lazımdır. Yoxsa gələn il də bu eniş davam edəcək".

Mikayıl Mirzəzadə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 29 Noyabr 2024 14:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see252

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see198

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see147

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see147

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see141

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see139

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see136

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see136

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see134

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see132

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see132

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see132

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see129

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri