Icma.az
close
up
RU
Qarabağda iki mədəniyyətin görüşü: Azərbaycan və Yaponiya

Qarabağda iki mədəniyyətin görüşü: Azərbaycan və Yaponiya

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 25 may, AZƏRTAC

Azərbaycan-Yaponiya Dostluq Mərkəzi və Qarabağ Təlim Mərkəzinin birgə təşəbbüsü ilə “Azərbaycan-Yaponiya Aikido və Mədəni Mübadilə Layihəsi 2026” həyata keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində Yaponiyadan dəvət olunan aikido ustası Cuniçi Qomita Sensei, diaspor fəalı və Tanabe Şəhər Bələdiyyəsinin Beynəlxalq Mübadilə Mərkəzinin mədəniyyət məsələləri üzrə koordinatoru Minarə Şükürova, Azərbaycandan olan aikidoçular, Azərbaycan Mugenryu Kobudo İdman Klubu İctimai Birliyinin sədri Bəxtiyar Zeynalov, eləcə də beynəlxalq xoreoqraf-baletmeyster Lalə Aslanova Qarabağa səfər ediblər. Səfər Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutub.

Şuşa səfəri zamanı aikido məşqlərindən və Azərbaycan milli rəqs elementlərinin sintezindən ibarət xüsusi proqram nümayiş olunub. İştirakçıların böyük marağı ilə qarşılanan proqram Azərbaycan və Yaponiya mədəniyyətləri arasında dostluq, qarşılıqlı anlaşma və mədəni harmoniyaya töhfə kimi qiymətləndirilib.

Bununla yanaşı, Qarabağ Təlim Mərkəzində “Gündoğar Odlar Yurdu” adlı tədbir təşkil edilib. Tədbirdə iki ölkə arasında mədəni əlaqələrin inkişafı, idman və incəsənət vasitəsilə beynəlxalq əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.

Səfər çərçivəsində qonaqlar, həmçinin Şuşa və Xankəndi şəhərləri ilə tanış olub, Qarabağda aparılan bərpa və inkişaf prosesi, eləcə də bölgənin zəngin tarixi-mədəni irsi barədə məlumatlandırılıblar. Eyni zamanda, Xocalı Memorial Kompleksini də ziyarət ediblər.

Bu cür layihələr Azərbaycan və Yaponiya arasında mədəni əlaqələrin genişləndirilməsi, xalqlar arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi, eləcə də beynəlxalq mədəni dialoqun təşviq edilməsi baxımından mühüm platforma kimi qiymətləndirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 May 2026 13:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see694

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see574

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see321

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see293

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see290

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see279

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see279

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see256

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see253

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see246

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see245

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see243

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see242

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see239

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see238

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see238

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see232

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see219

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see211

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri