Icma.az
close
up
RU
Qarabağda iqtisadi inqilab: Türkiyə və Çin kapitalı ilə region dirçəlir

Qarabağda iqtisadi inqilab: Türkiyə və Çin kapitalı ilə region dirçəlir

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi


Laçın yeni sənaye mərkəzinə çevrilir: Ayaqqabı istehsalından elektrik avtobuslarına qədər - iqtisadi inqilab başlayır!

Azərbaycanın iqtisadi yüksəlişi özəl sektorda da əyani şəkildə özünü göstərir. Bunun sübutu son illər ölkəmizə xarici şirkətlərin marağının artması, investisiya qoyuluşunun həcminin genişlənməsidir.      


Bu günlərdə keçirilmiş “Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi”nin 6-cı ümumi yığıncağında çıxış edən iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev bildirib ki, təsisçiləri Türkiyə vətəndaşları və ya şirkətləri olan 19 layihəyə investisiya təşviqi sənədi verilib. Bu isə onu göstərir ki, Türkiyə şirkətləri Azərbaycanda yaradılan münbit biznes mühitindən faydalanırlar. E.Əliyev izah edib ki, sözügedən sənədi əldə edən hüquqi şəxslər texnoloji avadanlıq və qurğuların idxalı zamanı ƏDV və idxal gömrük rüsumlarından, habelə əmlak və torpaq vergiləri, eləcə də mənfəət və gəlir vergisinin 50 faizinin ödənilməsindən azad edilir. “Hazırda Türkiyə şirkətləri Azərbaycanda energetika, sənaye, kənd təsərrüfatı, ticarət, xidmət sektoru, inşaat, İKT, nəqliyyat, əczaçılıq və digər sahələrdə uğurla fəaliyyət göstərirlər. Azərbaycanda əlverişli və şəffaf biznes mühiti yaradılıb ki, nəticədə ölkəmizdə 5 minə yaxın Türkiyə şirkəti aktiv fəaliyyət göstərir. Bizim sənaye parklarında rezidentlər aktivdir, sayları dinamik şəkildə artır və bu, sistematik xarakter daşıyır. Rezidentlər əmlak və torpaq vergisindən azad olunmaqla yanaşı, 10 il müddətinə bir sıra imtiyazlardan da istifadə edirlər. Sənaye zonalarında Türkiyə kapitallı şirkətlərin iştirakı ilə reallaşdırılan layihələrin investisiya dəyəri on milyonlarla dollarla ölçülür. Bir sıra yeni qurulmuş müəssisələr məhsullarını artıq ixrac etməyə başlayıb”, - deyə E.Əliyev qeyd edib. Nazirin birinci müavini onu da qeyd edib ki, sənaye zonaları ilə yanaşı, işğaldan azad olunmuş ərazilərdə türkiyəli investorların aktivliyi artır: “Belə ki, Türkiyə şirkətləri tərəfindən 118 layihə üzrə müraciət qeydə alınıb və bir sıra genişmiqyaslı layihələr həyata keçirilir. Xüsusilə, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının alternativ enerji potensialının səmərəli istifadəsi məqsədilə mövcud infrastrukturun yenilənməsi və yenisinin tikilməsi üçün xarici kapitalın cəlb edilməsi davam edir”. Məlumdur ki, işğaldan azad edilmiş ərazilərdə sənaye, emal  müəssisələrinin yaradılması prioritet təşkil edir və xarici şirkətlərin investisiya qoyuluşuna münbit şərait yaradılır. Bununla da, özəl sektorun, liberal iqtisadiyyatın inkişafı təmin edilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bir neçə gün əvvəl Laçına səfəri zamanı 2 böyük müəssisənin açılışını etdi. Onlardan biri ayaqqabı fabirki, digəri isə tikiş fabrikidir. “LATIFA” Laçın tikiş fabrikinin açılışını edən cənab Prezidentə məlumat verildi ki, cənab Prezident və birinci xanım Mehriban Əliyevanın da iştirakı ilə 2023-cü il avqustun 26-da açılışı olmuş “Laçın Aqro-Sənaye Parkı” fəaliyyətini genişləndirir. Rayonun Zerti kəndində yerləşən parkda artıq 12 müəssisə fəaliyyət göstərir. Sənaye parkında daha iki müəssisə fəaliyyət göstərəcək. Bunlardan biri “LATIFA” Laçın tikiş fabrikidir. Ümumi dəyəri 1,2 milyon manat olan müəssisədə 30 yeni iş yeri yaradılacaq. Fabrikdə gündə 2 min ədəd tekstil məhsulu istehsal olunacaq. Buraya ev tekstili, idman dəstləri, eksklüziv geyimlər və digər məhsullar daxildir. Uzun illər Ermənistan tərəfindən işğala məruz qalmış Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsi istiqamətində həyata keçirilən genişmiqyaslı layihələr regionun iqtisadi potensialının reallaşdırılması ilə paralel şəkildə davam etdirilir. Yeni istehsal və xidmət müəssisələrinin istifadəyə verilməsi əhalinin dayanıqlı məskunlaşmasına və məşğulluğun təmininə geniş şərait yaradır. Eyni zamanda, Laçın Sənaye Parkında istehsal müəssisələrinin qurulması innovativ texnologiyaların tətbiqi və ixracyönümlü məhsul hazırlanması baxımından böyük əhəmiyyət daşıyır. Bütün bu addımlar Qarabağı və Şərqi Zəngəzuru ölkənin iqtisadi inkişafının mühüm komponentlərindən birinə çevirir, bölgənin ümumilikdə ölkə iqtisadiyyatına inteqrasiyasını sürətləndirir. O cümlədən “PIRSHAGHI” ayaqqabı fabrikinin Laçın filialının istifadəyə verilməsi bölgədə istehsal və məşğulluq sahələrində yeni imkanlar deməkdir. “Laçın Aqro-Sənaye Parkı”na məxsus fabrikin istehsal etdiyi məhsullar daxili bazarda satılmaqla yanaşı, Avropa ölkələrinə də ixrac ediləcək ki, nəticədə bu rayonda ixractutumlu sahə formalaşacaq. Ayaqqabı fabriki Laçının ilk sənaye obyektlərindən biri olmaqla rayonun nəhəng sənaye, aqro-sənaye, məişət texnologiyaları və digər istehsal-emal zəncirlərinin qurulmasında flaqmanlardan sayıla bilər. Ümumiyyətlə, “Laçın Aqro-Sənaye Parkı”nda ümumilikdə, 46 müəssisənin fəaliyyət göstərməsi nəzərdə tutulur ki, burada mebel fabrikləri, balıq təsərrüfatı, yeyinti sənayesi, yüngül sənaye, ekoloji cəhətdən təmiz emal müəssisələri, kiçikbuynuzlu heyvanlar üzrə elmi-təcrübə mərkəzi və digər müəssisələr yaradılacaq.

Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında emal müəssisələri ilə bərabər kənd təsərrüfatı da inkişaf etdirilir. Bu barədə məlumatı Trend-ə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsi verib. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubovun sözlərinə görə, indiyədək Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında tikinti şirkətləri ilə 450-ə yaxın fəaliyyət müqaviləsi bağlanıb. "Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında 2 minə yaxın iş yerləri yaradılıb. Bölgəyə özəl sektor tərəfindən 45 milyon manat investisiya qoyulub. 2025-ci ilin sonuna qədər daha 3 minə yaxın iş yerinin açılması nəzərdə tutulub. Bölgədə yeni mərmər istehsal müəssisələri, daş kəsim sexləri açılacaq. Bundan başqa, bölgədə kənd təsərrüfatının inkişaf etdirilməsi də nəzərdə tutulub. Bölgənin əkinə yararlı, məhsuldar torpaq sahələri kənd təsərrüfatının inkişafına müsbət təsir göstərəcək. E.Yusubov fermerləri bu sahədə aktiv olmağa və investisiya qoymağa da çağırıb. "Bu sahədə dövlət fermerlərə müvafiq güzəştlər də verir. Gələcəkdə güzəştlərin miqyasının artırılması da nəzərdə tutulub", - deyə o qeyd edib.


İqtisadçı Fuad İbrahimov Sherg.az-a açıqlamasında bildirdi ki, Prezident İlham Əliyevin Laçına səfəri zamanı açılışını etdiyi yeni müəssisələr Şərqi-Zəngəzurun iqtisadi potensialına yeni güc qatmaqla bölgənin inkişafına təkan verəcək:


- Bölgənin iqtisadi inkişafı eyni zamanda sahibkarlığın da inkişafı deməkdir. Kiçik və orta sahibkarlığın inkişafı ümumilikdə iqtisadi inkişafın mühüm bir halqasını təşkil edir. Bunlar bir-birini dəstəkləyən sahələrdir. Azərbaycanın iqtisadi siyasəti də sahibkarlıq və liberal iqtisadiyyatın inkişafı üzərində qurulub. Elə Laçında istifadəyə verilən “LATIFA” tikiş fabriki də region üçün əhəmiyyətli müəssisələrdən hesab edilə bilər. Həmçinin, “PIRSHAGHI” ayaqqabı fabrikinin Laçın filialı da. Məlumat üçün deyək ki, müəssisə kişi, qadın və uşaqlar üçün ayda 1500 cüt ayaqqabı istehsal etmək gücündədir. Fabrik müasir avadanlıqlarla təchiz olunub, müəssisədə idman və klassik üslubda ayaqqabıların istehsalı üçün bütün şərait yaradılıb. Müəssisə daxili bazarda satış həyata keçirməklə yanaşı, istehsal etdiyi məhsulların Avropa ölkələrinə ixracını da planlaşdırır. Müsbət hal bundan ibarətdir ki, istehsal ediləcək məhsulların daxili bazarı təmin etməsiylə yanaşı, ixracı da nəzərdə tutulur. Bu isə biznesin inkişafına təkan verən amildir. Regionda yeni iş yerlərinin yaradılması, infrastrukturun bərpası və sahibkarlıq fəaliyyətinə dəstək iqtisadi fəallığın canlanmasına səbəb olur. “Laçın Aqro-Sənaye Parkı” bu xüsusda olduqca mühüm rol oynayacaq.


F.İbrahimov qeyd etdi ki, Azərbaycanla Çin arasında hərtərəfli strateji əməkdaşlıq iqtisadiyyat sahəsinə də müsbət təsir edir:

- Azərbaycan Çinlə iqtisadi-ticarət əlaqələrinin inkişafına xüsusi önəm verir. Çin şirkətlərinin ölkəmizə marağı yüksəkdir. Bu da ondan irəli gəlir ki, Azərbaycanda münbit biznes mühiti formalaşıb. Ölkəmizdə avtobus parkının yerli istehsal hesabına təmin edilməsi məqsədilə ötən il Çinin “BYD Company Limited” (BYD) şirkəti ilə Çərçivə sazişi imzalandı. Sazişə əsasən yaradılacaq birgə müəssisə tərəfindən Sumqayıt Kimya Sənaye Parkında elektrik mühərrikli avtobusların istehsalı zavodu tikiləcək. Belə misalları çox göstərmək olar. Əsas odur ki, ölkədə kiçik və orta biznesin inkişafı üçün də münbit şərait formalaşıb. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə KOB subyektlərindən daxil olmuş müraciətlərə baxılır və uyğun şərtlər müəyyən edildikdə onlara “Startap” şəhadətnamələri verilir. Son zamanlar “Startap” şəhadətnaməsi almış müxtəlif istiqamətli KOB subyektlərinin sayı 213-ə çatıb. Üstünlük bundan ibarətdir ki, “Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və ya gəlir vergisindən 3 il müddətinə azad edir. Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edirlər. Şəhadətnamələrin verilməsi sahibkarlıq subyektlərinin gəlirlərinə müsbət təsir etməklə, istehsal gücünü də artırmış olur. Bu da ümumilikdə sahibkarlıq subyektlərinin inkişafına xidmət edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:39
embedMənbə:https://sherg.az
archiveBu xəbər 04 İyun 2025 10:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniyanın Moers şəhərində media nümayəndələri ilə Azərbaycanın təbliğinə dair görüş keçirilib

04 İyun 2025 19:12see433

Əbülfət Mədətoğlu: 21 günün ŞEİRİ

05 İyun 2025 10:48see196

Fizika qanunlarına meydan oxuyan top: Şaquli divarda yuvarlanır, amma yerə düşmür

05 İyun 2025 03:20see123

Nail 12 kiloqram arıqlayıb

04 İyun 2025 21:30see118

Paltardakı ləkələri və sarılığı aradan qaldıran ən ucuz vasitə hansıdır? 2 qaşıq əlavə edin

04 İyun 2025 09:37see114

Çelsi qapıçılarını satır

04 İyun 2025 09:25see113

Settar Kaya: Qərbi Azərbaycana qayıdış hüququna məhəl qoymamaq və ya onu təxirə salmaq olmaz

04 İyun 2025 11:22see113

Zelenski onu Birləşmiş Qüvvələrin komandanı təyin etdi

04 İyun 2025 11:23see113

Məşhur rusiyalı model narkotik maddələrin təbliğinə görə hakim qarşısına çıxacaq

05 İyun 2025 01:37see112

“Nursema”nın estetikdən əvvəlki halı diqqət çəkdi

04 İyun 2025 15:39see112

Mətin Eynullayevə ağır itki

04 İyun 2025 09:11see112

Qlobal ticarət müharibəsi gerçəkləşir ANALİTİK

04 İyun 2025 15:52see111

“Real” 17 yaşlı istedadı transfer etdi

05 İyun 2025 19:13see111

“Tor” əməliyyatı ABŞ a siqnaldır ki, müharibə onların ərazisində də ola bilər WSJ

04 İyun 2025 16:26see111

Feliksə qiymət qoydular

04 İyun 2025 15:28see111

Gizlin qalmış ən məşhur sirr: 3 yaşlı Medlinin izi 18 ildən sonra yenidən axtarılır

04 İyun 2025 07:46see111

Orban Ukraynanın Aİ üzvlüyünə etiraz etdi

04 İyun 2025 08:26see110

Özbəkistan Mərkəzi Bankı dünyada ən çox qızıl satan ölkə olaraq qalır

04 İyun 2025 08:40see110

Zərdüşt Əlizadə: “AXC xalqla yox, mafiya ilə işləyirdi”

04 İyun 2025 15:44see110

Yusif Cabbarov: Ukraynanın titan istehsalçısını güclü və rəqabətədavamlı edəcəyik

04 İyun 2025 16:32see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri