Icma.az
close
up
RU
Qarabağda keçirilən təlimlərin növbəti mərhələsi başa çatdı

Qarabağda keçirilən təlimlərin növbəti mərhələsi başa çatdı

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərlə icarəyə verilməsi qaydalarına uyğun olaraq, Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi tərəfindən sakinlərin bilik və bacarıqlarını artırmaq və innovativ yanaşmaları tətbiq etmək məqsədilə təşkil olunan təlimlərin növbəti mərhələsi uğurla başa çatıb.

“Cebheinfo.az” xəbər verir ki, bu mərhələdə Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi, eləcə də Zəngilan rayonunun Məmmədbəyli və Ağalı kəndlərinin sakinləri təlimlərə cəlb olunublar.

Təlimlərin sonunda keçirilən yekun qiymətləndirmə imtahanını uğurla başa vuran iştirakçılar “Müvəffəqiyyət sertifikatı” ilə təltif ediliblər. Ümumilikdə Zəngilan rayonu üzrə 37 nəfər, Xocavənd rayonu üzrə isə 83 nəfər olmaqla 120 sakin sertifikat əldə edib.

Proqram çərçivəsində iştirakçılara elektron kənd təsərrüfatı sistemləri, meyvəçilik və tərəvəzçilik, bitkiçilik və əkinçilik sahələrində müasir yanaşmalar, heyvanların düzgün bəslənməsi, saxlanma şəraiti, cins seçimi və məhsuldarlığın artırılması yolları, kənd təsərrüfatı texnikalarından səmərəli istifadə, təsərrüfatın düzgün təşkili, müasir suvarma sistemləri, yem bitkilərinin yetişdirilməsi, iqlim dəyişkənliyinin kənd təsərrüfatına təsirləri barədə ətraflı məlumat verilib.

Həmçinin, azad olunmuş ərazilərdə fəaliyyət zamanı nəzərə alınmalı əsas davranış qaydaları, dövlətin kənd təsərrüfatına göstərdiyi dəstək mexanizmləri, mövcud imkanlardan istifadə yolları da ətraflı şəkildə təqdim olunub.

Tədbir zamanı kənd sakinlərinin sual və təklifləri diqqətlə dinlənilib, təsərrüfat fəaliyyətində qarşıya çıxan çətinliklər və gələcək planlar ətrafında geniş fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə aqrar fəaliyyətin bərpası və inkişafına yönələn bu cür təlim proqramları yerli sakinlərin kənd təsərrüfatı sahəsində bilik və bacarıqlarını daha da möhkəmləndirir, torpaq resurslarından səmərəli istifadəni təşviq edir və regionda dayanıqlı aqrar fəaliyyətin formalaşmasına mühüm töhfə verir.

Bu məqsədlə təlimlər Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin müəyyən etdiyi metodiki yanaşmalar və aqrar sahədə tətbiq olunan qabaqcıl təcrübələr əsasında hazırlanmış proqram üzrə təşkil olunur.

Nigar
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:146
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 17 Aprel 2026 16:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see368

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see270

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see255

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see244

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see240

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see237

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see233

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see230

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see226

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see219

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see208

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see198

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see195

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see193

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see193

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see193

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see192

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see180

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see180

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri