Icma.az
close
up
RU
Qarabağda kənd təsərrüfatı üçün yeni model qurulur

Qarabağda kənd təsərrüfatı üçün yeni model qurulur

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq işləri ilə yanaşı, kənd təsərrüfatının inkişafı da dövlətin əsas prioritetlərindən biri hesab olunur. Həmin ərazilərin aqrar potensialının iqtisadi dövriyyəyə cəlb edilməsi, fermer və investorların torpaqla təmin olunması, eləcə də məhsulların brendləşdirilərək xarici bazarlara çıxarılması istiqamətində müxtəlif layihələr icra edilir. 

Məsələ ilə bağlı Modern.az-a açıqlama verən kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, işğaldan azad olunmuş ərazilər hazırda daha çox intensiv quruculuq mərhələsindədir.

"Azad olunmuş ərazilər hal-hazırda daha çox intensiv quruculuq mərhələsindədir. Həm geri qayıdan əhalinin əkin torpaqları ilə təmin olunması, həm də investorların torpaq sahələri ilə təmin edilməsi üçün müsabiqələr keçirilir. Bundan sonra adətən beş illik ilkin müqavilələr bağlanır və investisiyaların həmin müddətdə qoyulması gözlənilir", - nazir qeyd edib.

Onun sözlərinə görə, həmin ərazilər aqrar inkişaf baxımından hələ başlanğıc mərhələsində olsa da, böyük potensiala malikdir.

"Oranın çox böyük potensialı var. Eyni zamanda, bizim yanaşmamız Azərbaycanın digər bölgələrində mövcud olan aqrar əkin strukturu ilə müqayisədə daha sistemli yanaşmanın formalaşdırılmasına yönəlib. Biz daha yeni bir model qurmağa çalışırıq", - deyə o bildirib.

Nazir kənd təsərrüfatı məhsullarının brendləşdirilməsi və ixrac imkanlarından da danışıb. O qeyd edib ki, bu istiqamətdə mühüm addımlardan biri sertifikatlaşma prosesinin genişləndirilməsidir.

"İki gün öncə cənab Prezident 759 nömrəli fərmanla bağlı dəyişiklik edib və artıq sertifikat subsidiyasının verilməsi də nəzərdə tutulur. Məqsəd beynəlxalq aqrar təcrübələrin Azərbaycanda tətbiq olunması və sertifikatlaşdırmanın həyata keçirilməsidir. Bu proses genişləndikcə fermerlər və sahibkarlar məhsullarını dünyanın müxtəlif ölkələrinə ixrac edə biləcəklər", - Məmmədov vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://modern.az
archiveBu xəbər 11 İyun 2026 19:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see284

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see279

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see270

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see257

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see250

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see245

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see232

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see220

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see213

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see205

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see205

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see204

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see203

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see200

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see193

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see187

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see186

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see164

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see163

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri