“Qarabağ”da skandal: Elvinin cəzalandırılmasının şok şəbəbi
Icma.az, Axar.az portalına istinadən məlumat verir.
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun Elvin Cəfərquliyevlə Abbas Hüseynovu əsas heyətdən kənarlaşdırmasının detalları bəlli olub.
Axar.az Publika.az-a istinadən xəbər verir ki, 25 yaşlı futbolçu şəxsi həyatına elə də diqqət yetirməyib. O, əyləncəli tədbirlərə qatılıb, istirahətdə olduğu vaxt rejimə, sağlamlığına diqqət yetirməyib. Zaman keçdikcə daha çox əyləncəyə meyl edib. Elvin Cəfərquliyevin Abbas Hüseynovla birlikdə “Qarabağ” tərəfindən cəzalandırılmasın da səbəbi məhz bu tipli əyləncə olub.
Hər iki futbolçu iş adımı Şərurlu İsfəndiyara məxsus, Bakının ən məşhur restoran-otel tipli məkanlarından birində eyş-işrət məclisdə iştirak edikləri aşkara çıxıb.
Məlumata görə, futbolçuların əyləncə məkanından çəkilmiş fotoları da var. Qurban Qurbanov isə onların bu əməlini bağışlamayıb. Komandanın “Sabah”la matç öncəsi futbolçuların nizam-intizam qaydalarını pozaraq belə bir məclisdə iştirakları “Qarabağ” rəhbərliyini və təcrübəli məşqçini özündən çıxarıb.
Qeyd edək ki, Elvin Cəfərquliyev və Abbas Hüseynov intizam qaydalarını pozduqları üçün əvəzedici heyətə göndəriliblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 22 Aprel 2026 19:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















