Icma.az
close
up
RU
Qarabağda talançılıq edənlər onlar olub Paşayan

Qarabağda talançılıq edənlər onlar olub Paşayan

Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Ermənistan silahlı qüvvələrinin Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın suveren ərazilərini işğal etdikdən sonra yaşayış məntəqələrində talançılıq aparılması təsdiqlənib.

Axar.az xəbər verir ki, təqsirləndirilən şəxs Melikset Paşayan Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Təranə Məmmədovanın sualarını cavablandırarkən “Əsgəran rayonu”nun 31-ci taborunun tərkibində xidmət etdiyini bildirib. O, taborun tərkibində 1993-1994-cü illərdə Ağdam rayonunun Suma, Sarıcalı, Güllücə kəndləri istiqamətində postlarda dayandığını deyib.

“Bu, atıcı taboru idi. Taborda qumbaratanlar, minaatanlar, pulemyotlar, avtomatlar, qumbaralar var idi”, - deyə Melikset Paşayan suallara cavabında söyləyib.

O, Azərbaycanın torpaqları işğal olunandan sonra orada talançılıqla məşğul olub-olmaması ilə bağlı suala isə belə cavab verib:

“Mən talanlarda iştirak etməmişəm. Postda növbə bitib qurtarana qədər talan etməyə heç nə qalmırdı”.

Təqsirləndirilən şəxs iddia edib ki, talanda iştirak edənlər mülki ermənilər olub.

M.Paşayan deyib ki, hərbçilər talana gedən mülki şəxslərə əraziyə girməməklə bağlı xəbərdarlıq edirdilər:

“Deyirdilər ki, ora getməyin, sizə güllə, mərmi dəyər”.

O, hərbçilərin mülki şəxsləri bu talandan çəkindirməsinin səbəbinin onları fiziki baxımdan qorumaq olduğunu da əlavə edib.

M.Paşayan Birinci Qarabağ müharibəsində iştiraka görə qondarma rejimin “İgidliyə görə” “medal”ı ilə təltif olunduğunu da bildirib və deyib:

“Dəqiq xatırlamıram, ya Bako Sahakyanın, ya da Arayik Arutyunyanın dövründə idi”.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:121
embedMənbə:https://axar.az
archiveBu xəbər 26 May 2025 14:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see312

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see296

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see281

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see280

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see253

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see236

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see232

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see225

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see218

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see217

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see212

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see212

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see210

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see200

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see197

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see189

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see189

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see186

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri