Icma.az
close
up
RU
“Qarabağ”da xeyli dostum var, amma hədəf yalnız qələbədir Filip Ozobiç

“Qarabağ”da xeyli dostum var, amma hədəf yalnız qələbədir Filip Ozobiç

Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Neftçi”nin yarımmüdafiəçisi Filip Ozobiçin QOL.az saytına müsahibəsi

- Misli Premyer Liqasının 14-cü turunda “Zirə”ni 2:1 hesabı ilə məğlub etdiniz. Qələbəni necə şərh edərdiniz?

- Bilirdik ki, çətin oyun olacaq. “Zirə” çox yaxşı komandadır. Lakin bizim vəziyyətimiz elədir ki, hər matçda qələbə qazanmalı, xal ehtiyatımızı daha da artırmalıyıq. Çox şadam ki, istəyimizə çatdıq. Gərgin qarşılaşmada vacib 3 xal qazandıq. 

- Demək olar ki, çempionatdakı fasilə “Neftçi”nin xeyrinə oldu?

- Əlbəttə, fasilə bizim üçün faydalı oldu. 2 həftə ərzində matça çox ciddi hazırlaşdıq. Çatışmazlıqlarımız üzərində çalışdıq. Bütün bunların bəhrəsini də “Zirə” ilə matçda meydanda gördük. 

- Zədədən sonra ilk oyununuz idi və dərhal da qol vurdunuz. Təəssüratlarınız necədir?

- Qol vurmaq hər zaman xoşdur. Daim qol vurarkən şad oluram. Bu dəfə də istisna deyil. Zədə səbəbindən xeyli müddət kənarda qaldım. Nəhayət ki, geri döndüm və komandamın qələbəsində pay sahibi olduğum üçün sevinirəm. Ümid edirəm ki, qarşıdakı matçlar da həm mənim üçün, həm də “Neftçi” üçün uğurlu alınacaq. 

- Necə düşünürsünüz, “Zirə” üzərində qələbənin ardı gələcək?

- Əlbəttə, bunun ardını gətirmək istəyirik. Elə vəziyyətdəyik ki, qələbələri sıralamalıyıq. Turnir cədvəlində mövqeyimiz yaxşı deyil. Vəziyyəti mümkün olduğu qədər tez dəyişməliyik. 

- Növbəti matçınız “Qarabağ”a qarşı olacaq...

- Dediyim kimi, turnir cədvəlində vəziyyətimiz yaxşı deyil. Ona görə də hər oyuna 3 xal üçün çıxırıq. Rəqibin “Qarabağ”, yaxud bir başqası olması önəmli deyil.  

- “Neftçi”yə məhz “Qarabağ”dan gəldiyinizi nəzərə alsaq, qarşıdakı matçın sizin üçün xüsusi prinsipiallığı var?

- Xeyr, hər hansı bir prinsipiallıq yoxdur. Futboldur bu. Həyatda da belədir, sabah harada olacağını bilmirsən. Təbii ki, “Qarabağ”da xeyli dostum var. Amma bu, nəyisə dəyişmir. Hədəf yalnız qələbədir.  

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://qol.az
archiveBu xəbər 24 Noyabr 2024 11:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see274

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see225

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see197

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see170

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see163

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see161

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see153

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see153

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see144

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see141

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see139

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see135

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see134

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see133

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see130

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see130

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see128

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri