Icma.az
close
up
RU
Qarabağda yaşayış məntəqələri 3 dəfə azaldılacaq

Qarabağda yaşayış məntəqələri 3 dəfə azaldılacaq

Icma.az, Modern.az saytına istinadən bildirir.

Hazırda Şərqi Zəngəzur iqtisadi rayonunun əhalisinin əsas hissəsini (237,9 min nəfər və ya 78,6%) kənd əhalisi təşkil edir ki, bunlar da məcburi köçkünlərdən ibarətdir. 
Modern.az-ın məlumatına görə, bunu Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutun  baş direktoru professor Zakir Eminov bildirib.
Qeyd edək ki, Coğrafiya İnstitutun Elmi şurasında “Demoqrafiya və əhali coğrafiyası” şöbəsinin 2024-cü il üçün elmi və elmi-təşkilatı fəaliyyəti haqqında hesabatı dinlənilib.
Hesabat zamanı Zakir Eminov qeyd edib ki, Şərqi Zəngəzur iqtisadi rayonunun tərkibinə 511 kənd yaşayış məntəqəsi daxildir və bu iqtisadi rayon respublika üzrə kəndlərin sayına görə son yerlərdən birini tutur. 1989-cu ildə əhalisinin sayı 100-500 nəfər olan kəndlər (287 kənd) sayına görə birinci yeri tuturdu və bu kəndlərdə 71,9 min nəfər əhali var idi. Z.Eminov bildirib ki, Böyük Qayıdış dövlət siyasəti işğaldan əvvəlki Qarabağda 936 yaşayış məntəqəsini gələcəkdə 316-a endirməyi nəzərdə tutur.


“Şərqi Zəngəzur iqtisadi rayonunun demoqrafik inkişafı və yenidən məskunlaşmasının prioritet istiqamətləri” adlı elmi tədqiqat işi aparmış Z.Eminov bildirib ki, XX əsrin 90-cı illərindən  başlanan demoqrafik azalmalar 2005-ci ilə qədər davam edib, 2005-2016-cı illərdə yenidən müşahidə edilən artım bu dövrdən sonra geriləyib. Bu gün üçün isə rayonun əhali artımı çox aşağı səviyyədədir.


Hazırda Şərqi Zəngəzurda qeydiyyatda olan və əhalinin böyük əksəriyyətini təşkil edən  sakinlər məcburi köçkün şəraitində yaşayır. Onların mərhələli şəkildə doğma yerlərinə qaytarılması prosesi gedir. 2023-cü ildə ümumi, şəhər və kənd əhalisi üzrə doğum və təbii artım əmsalları ölkə üzrə orta göstəricilərdən yuxarıdır.


“Təbii-coğrafi şəraitin ərazinin mənimsənilməsi üçün əlverişliliyi, təbii ehtiyat potensialı, insan resursları ilə təminat imkanları, sosial-iqtisadi və səmərəlilik amilləri, ölkənin milli-strateji maraqları nəzərə alınmaqla, inzibati rayonlarda “şəhər–kənd” funksional əlaqələrinə əsaslanan yeni məskunlaşma sisteminin planlaşdırılaraq həyata keçirilməsinə ehtiyac vardır”, - Z.Eminov deyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://modern.az
archiveBu xəbər 11 Dekabr 2024 10:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see266

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

26 Sentyabr 2026 06:14see222

Tiflisdə qazıntı: türklərə aid şəhər tapıldı, dərhal bağladılar...

26 Sentyabr 2026 13:43see214

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see204

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see203

Kaylinin şousu diqqət çəkdi

26 Sentyabr 2026 12:09see202

Kara Haydar ın maşınlarından dəstə dəstə pullar çıxdı

26 Sentyabr 2026 14:34see200

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see200

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see200

Bu nazirliyin işçilərinə süni intellekt öyrədiləcək

26 Sentyabr 2026 15:44see195

Barselona onun üçün 80 milyon avro ödəyəcək?

26 Sentyabr 2026 23:57see193

182 metr Dünyanın ən hündür abidəsi kimə həsr olunub?

26 Sentyabr 2026 14:07see192

SOCAR və Apollo upstream layihələrinə investisiya imkanlarını araşdıracaq

26 Sentyabr 2026 15:01see189

“Təzə ata olmuşdu, qucağımda şəhid oldu” VİDEO

27 Sentyabr 2026 01:31see188

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see188

Kristian Unteanu: Azərbaycan yeni regional enerji arxitekturasında mühüm mövqe qazanır

26 Sentyabr 2026 15:04see181

Səssiz irəliləyən xərçəng növü İlk əlamətləri bunlardır

26 Sentyabr 2026 14:14see179

Qeyri neft qaz ixracında rekord artım

26 Sentyabr 2026 16:29see178

SOCAR TotalEnergies ilə karbon emissiyalarının azaldılmasında birgə fəaliyyət göstərəcək

26 Sentyabr 2026 14:45see177

Azərbaycan ən çox investisiyanı hansı ölkələrə yatırıb?

26 Sentyabr 2026 15:30see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri