“Qarabağ”dan ayrılan Abdullah Zubirin yeni klubu bəlli olub
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 19 avqust, AZƏRTAC
Ötən həftə “Qarabağ”la yollarını ayıran fransalı futbolçu Abdullah Zubirin yeni klubu bəlli olub.
AZƏRTAC xəbər verir ki, 34 yaşlı hücumameyilli yarımmüdafiəçi karyerasını Qətərdə davam etdirəcək. Bu barədə yerli mətbuat məlumat yayıb.
Bildirilib ki, sol cinah vingeri ilə “Əl-Şahaniyə” klubu arasında danışıqlar yekun mərhələdədir. Rəsmi müqavilənin yaxın günlərdə imzalanacağı və transferin açıqlanacağı gözlənilir.
Qeyd edək ki, Abdullah Zubir 2018-ci ildən bəri çıxış etdiyi “Qarabağ”ın heyətində 368 matçda 78 qol vurub. O, Ağdam klubu ilə 6 dəfə Azərbaycan çempionu, 2 dəfə ölkə kubokunun qalibi olub.
Bu mövzuda digər xəbərlər:Zubirin “Qarabağ”dan gedəcəyi iddialarına klubdan REAKSİYA
13 Aprel 2026 15:03
Zubirin “Qarabağ”dan təvazökar gedişi Vida oyunu istəməyib!
16 Avqust 2026 14:19
“Qarabağ” Zubirin əvəzinə həmyerlisini gətirir
13 Mart 2026 14:52
“Qarabağ” Zubirin getdiyini Rəsmən açıqladı
16 Avqust 2026 12:23
Qarabağ ın dirəy i gedir! Zubirin yeni klubu açıqlandı
11 Aprel 2026 08:27
Baxış sayı:157
Bu xəbər 19 Avqust 2026 18:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















