“Qarabağ”dan ayrılan Duran bu dəfə “Milan”a qol vurdu
Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ötən ay “Qarabağ”dan Şotlandiya təmsilçisi “Seltik”ə transfer olunan Kamilo Duran yeni komandasında növbəti qolunu vurub.
Moderator.az xəbər verir ki, kolumbiyalı hücumçu hazırda İtaliya təmsilçisi “Milan”a qarşı keçirilən yoldaşlıq görüşündə fərqlənib.
24 yaşlı futbolçu “Seltik Park” stadionunda baş tutan qarşılaşmanın 11-ci dəqiqəsində hesabı açıb. O, həmçinin 27-ci dəqiqədə Ceyms Forestin vurduğu qolda məhsuldar ötürmə müəllifi olub.
Beləliklə, Duran “Seltik” forması ilə ardıcıl üçüncü oyunda da fərqlənməyi bacarıb. O, bundan əvvəl “Sportinq” və “Midlsbro” ilə keçirilən yoldaşlıq matçlarında da rəqib qapısına yol tapmışdı.
Qeyd edək ki, Kamilo Duran ötən ay “Qarabağ”dan ayrılaraq “Seltik”lə 5 illik müqavilə imzalayıb. Şotlandiya klubu transfer üçün Azərbaycan təmsilçisinə 5,5 milyon funt sterlinq (təxminən 12 milyon manat) ödəyib. Bu transfer Azərbaycan futbolu tarixinin ən bahalı futbolçu satışı hesab olunur.
(teleqraf)
Baxış sayı:103
Bu xəbər 25 İyul 2026 19:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















