Icma.az
close
up
RU
QARABAĞDAN AZAN SƏSİNİ KƏSMƏK İSTƏYƏNLƏRİN ARZUSU GÖZLƏRİNDƏ QALDI

QARABAĞDAN AZAN SƏSİNİ KƏSMƏK İSTƏYƏNLƏRİN ARZUSU GÖZLƏRİNDƏ QALDI

Adelet.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Tarixi Zəfərimizin beşinci ildönümü ərəfəsində unutmamalıyıq ki, Ermənistan işğal dövründə öz himayədarlarının köməkliyi ilə ölkəmizin ərazi bütövlüyü  və suverenliyi ilə yanaşı, həm də Azərbaycanın müstəqillik seçimini təhdid edirdi. Məqsəd milli kimliyimizi aşağılamaq, milli ləyaqətimizi və bir-birimizə olan inamı sarsıtmaq idi. Şəhər və kəndlərimizin yerlə-yeksan edilməsi, məscid və qəbirlərimizin təhqir olunması, tarixi və mədəni irsimizi Qarabağdan silmək cəhdləri elə bu məqsədə xidmət göstərirdi. 28 il ərzində 700 mindən çox azərbaycanlının öz Vətənində məcburi köçkün vəziyyətində yaşamağa məcbur olması həm də milli qürurumuzun məqsədli şəkildə hədəf seçilməsi demək idi. 

2007-ci ilə qədər yayın qızmarında, qışın şaxtasında çadır şəhərciklərində və dəmir vaqonlarda yaşamağa məcbur olan həmvətənlərimizin mənəvi iztirabını, ağrı-acısını, məruz qaldığı mərhumiyyətləri sözlə ifadə etmək mümkün deyil. Amma o da danılmaz həqiqətdir ki, o ağır illəri keçmiş köçkünlərlə birgə bütün Azərbaycan yaşayırdı. 2020-ci ilin 44 günlük Vətən müharibəsi və 2023-cü ilin birgünlük antiterror əməliyyatı nəticəsində həm də köçkünlük həyatının əzablı illərinə son qoyuldu. Ərazi bütövlüyümüz və suverenliyimizlə yanaşı, milli kimliyimizi də təhdid edən işğalçı Ermənistana və onun himayədarlarına iki əsrdən bəri gözlədiyimiz və heç vaxt unudulmayacaq tarixi dərs verildi. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. 

Tarixi Zəfərimizin beşinci ildönümü ərəfəsində Qarabağa və Şərqi Zəngəzura “Böyük Qayıdış”ın hər birimizə, ilk növbədə, keçmiş məcburi köçkünlərə yaşatdığı sevinc və qürur hissi onların ağrı-acısına ən təsirli məlhəmdir. İnsanlarımız uzun illərin həsrətindən sonra öz dədə-baba torpaqlarına qayıdır. Dövlətimizin Qarabağda və Şərqi Zəngəzurda apardığı bənzərsiz bərpa-quruculuq işlərinin yeganə məqsədi odur ki, köçkünlüyün iztirabını çəkmiş insanlar bundan sonra daha rahat, daha gözəl şəraitdə yaşasın, keçmişin ağrı-acısını qismən də olsa unutsun. Prezident İlham Əliyev oktyabrın 28-də Cəbrayıl rayonunun Horovlu kəndinin birinci mərhələsinin, Zəngilanın Ağalı kəndinin 2-ci mərhələsinin və Məmmədbəyli kəndinin açılış mərasimlərində iştirak etdi. Prezident keçmiş köçkünlərə yeni ev və mənzillərin açarlarını təqdim etməzdən əvvəl  onlara bu müraciəti etdi: “Bu gün sizin həyatınızda yeni dövr başlayır. Siz uzun illər-30 il ərzində ağır şəraitdə köçkün, qaçqın həyatını yaşamısınız, mənəvi əzablar çəkmisiniz. Xüsusilə işğalın ilk mərhələsində köçkünlərin mütləq əksəriyyəti çadır şəhərciklərində yerləşmişdir. Ona görə bugünkü reallıq, bugünkü gün, o cümlədən ədalətin təntənəsidir. Ədalətə inanmaq və onu təmin etmək lazımdır. Bax, bizim xalqımız həm ədalətə inanıb, həm də onu təmin edib”.

Prezident İlham Əliyev elə həmin gün Cəbrayıl şəhərində ikinci və üçüncü yaşayış kompleksləri ilə yanaşı, şəhər məscidinin də təməlini qoydu. Erməni işğalçılarının dağıtdığı, təhqir etdiyi məscidlərimizin yerində yenilərinin ucaldılması həm də o deməkdir ki, Qarabağdan Azan səsini kəsmək, Azərbaycan dilini silmək istəyənlərin arzusu gözlərində qaldı. 

Azərbaycan dünyaya o nümunəni təqdim etdi ki, xalq öz Liderinə və onun cəsarətli qərarlarına tərəddüd etmədən etimad göstərdikdə, istənilən bədxahın milli birliyi pozmaq və hədəflərə mane olmaq cəhdləri iflasa uğrayır. Azərbaycan onu da sübut etdi ki, xalq öz Lideri ətrafında bir yumruq kimi birləşdikdə, Lider isə Prezident İlham Əliyev qədər qarşısındakı aktorların siyasi kimliyindən asılı olmayaraq, əyilməz iradə nümayiş etdirdikdə, tarixi ədalətin bərpası da qaçılmaz olur! 

Ülvi Quliyev                   

 Milli Məclisin deputatı  

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:122
embedMənbə:https://adalet.az
archiveBu xəbər 29 Oktyabr 2025 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see318

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see276

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see243

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see231

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see217

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see198

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see191

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see175

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see166

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see162

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see161

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see160

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see158

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see153

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see150

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see148

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see144

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see140

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see136

Generalın oğlunun təhdid etdiyi fenomen KİMDİR? FOTO

26 Yanvar 2026 17:18see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri