Qarabağdan başqa bütün komandalar, demək olar ki, eyni səviyyədədi, vəssalam! bəs ArazNaxçıvan?
Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Elmar Baxşıyevin "Araz-Naxçıvan"ı göz qamaşdırır. Muxtar Respublika təmsilçisi gerçək azarkeş dəstəyi olmadan 14 oyunluq məğlubiyyətsizlik seriyası yaxalayıb.
Xatırladaq ki, komanda yalnız ilk turda "Qarabağ"a uduzub. Düzdü, "qırmızı-ağlar" hansısa maliyyə çətinliyi yaşamır. Həmçinin rəhbərlik çalışdırıcının arzuladığı futbolçuları heyətə cəlb etməklə az qala bütün istəklərini qarşılayıb. Bəs komandanın uğurlarının səbəbləri bununla yekunlaşırmı? "Araz-Naxçıvan" həqiqətən güclüdü, yoxsa rəqiblər zəifləyib?
Bu suallarla təcrübəli mütəxəssis Əfqan Talıbova müraciət etdik. Onun "Football-plus.az"a cavabı:
"Elmar Baxşıyevin yaxşı komanda formalaşdırması danılmazdı. Ümumiyyətlə, o, sabit heyət qurmaq bacarığına malikdi. Oyun tərzindən bəllidi ki, hücum futbolu oynadır. Məncə, "Qarabağ"a məğlubiyyətdən düzgün nəticə çıxardı. Kollektiv qələbələr qazandıqca möhkəmlənir, motivasiyası artır, daha istəkli və intizamlı olur. Belədə hücum zamanı əldə olunan imkanları dəyərləndirmək asanlaşır. "Araz-Naxçıvan"ın fərdi keyfiyyətlərinə görə seçilən cəmi 3-4 oyunçusu var. Bununla yanaşı, müdafiədə etibarlı oynayırlar. Sonuncu suala gəlincə, çempionatda "Qarabağ"dan başqa bütün komandalar, demək olar ki, eyni səviyyədədi. Vəssalam! Sadəcə, müəyyən dövrlər yaşayırlar".
KƏNAN BAHADIR
Baxış sayı:78
Bu xəbər 30 Noyabr 2024 10:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















