Qarabağdan bir İnci... Azərbaycanın Aİ qızı!
Icma.az bildirir, Olay.az saytına əsaslanaraq.
Sosial şəbəkələrin Azərbaycan seqmentində yeni yaradılan süni intellektli səhifə diqqət çəkir.
OLAY yazır ki, İnci Aixan (İnciaikhan) adlanan hesabda Qarabağın gözəl guşələrindən, Cıdır düzündən, Şuşa qalasından, Ağdam Cümə məscidindən, Şuşa Hoteldən maraqlı paylaşımlar edilir.
Ayrı-ayrı məkanlardan hazırlanan süni intellektli fotolarla işğaldan azad edildikdən sonra abadlaşan, yeni bir dövrə keçid edən Qarabağımızla bağlı məlumatlar qeyd olunur.
“Qarabağdan bir inci” şüarı ilə yaradılan səhifədə Azərbaycan xanımlarının süni intellektlə hazırlanan siması İncinin vasitəsilə milliliyin yer aldığı geyimlər göstərilir.
İnci həm də əsl Azərbaycan qızlarına məxsus cizgiləri ilə diqqət çəkir.
Hər nə qədər Qarabağ 6 ildir öz sahiblərində olsa da, biz doğma torpaqlara gedib, hər qarışında foto-videolar çəkdirə bilsək də, İnci Aixan səhifəsi dünyaya gözəl guşələrimizi nümayiş etdirmək və texnologiya dövrü ilə ayaqlaşmaq üçün faəliyyətini davam etdirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 20 İyul 2026 16:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















