“Qarabağ”dan bu önəmli oyunçu ilə bağlı gözlənilməz qərar İstədiyin vaxt gedə bilərsən
Icma.az, Azxeber.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Aleksey Kaşuk tezliklə «Qarabağ»ı tərk edə bilər.
AZXEBER.COM xəbər verir ki, bu barədə "sportinfo" məlumat yayıb.
Ukraynalı legionerə özünə yeni komanda tapmaq icazəsi verilib. 26 yaşlı vingerin həm özüylə, həm də meneceriylə bu yöndə hərtərəfli söhbət edilib.
Bildirilib ki, onun xidmətinə maraq göstərən real müştəri ortalığa çıxarsa, danışıqlar aparmağa hazırdırlar. Hətta «köhlən atlar» maliyyə şərtlərində qarşı tərəfə müəyyən güzəştlər etməyə hazırdır.
"Şaxtyor”un (Donetsk) yetirməsi 2019-2022-ci illərdə icarə əsasında ölkəsində "Mariupol”un, 2022-2023-cü il mövsümündə isə Azərbaycanda "Sabah”ın formasını geyinib.
Ukraynanın aşağı yaş qrupu üzrə bütün yığmalarında çıxış etmiş yarımmüdafiəçi 2019-cu ildə 20 yaşadək futbolçulardan ibarət millilər arasında keçirilən dünya çempionatının qalibi olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 15 İyun 2026 13:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















