Icma.az
close
up
RU
“Qarabağ”dan gedən futbolçuların neçəsi faydalı olub?

“Qarabağ”dan gedən futbolçuların neçəsi faydalı olub?

Footbal-plus saytına istinadən Icma.az xəbər verir.

“Qarabağ” dörd futbolçusu ilə yollarını ayırdı.

"Football-plus.az" xəbər verir ki, bunlar Yassin Benzya, Patrik Andrade, Marko Veşoviç və İsmayıl İbrahimlidi.
İsmayıl son iki mövsümdə “Zirə”də icarə əsasında oynayırdı. Rəşad Sadıqovun komandası millimizin yarımmüdafiəçisinin transfer hüququndan yararlanaraq heyətinə qatıb. Benzya son mövsümdə “Qarabağ” formasında çempionatda 32 oyuna çıxıb, 7 qol vurub, 6 məhsuldar ötürmə verib. Andrade 23 oyuna çıxıb, 1 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb. Veşoviç isə çempionat oyunlarının heç yarısında iştirak etməyib - 17 oyun, 2 məhsuldar ötürmə.
Benzya komandaya gələndə karyerası bitmiş vəziyyətdə idi. “Fənərbaxça”, “Olimpiakos” kimi klublarda oynamış əlcəzairli Cica və Dyakabi ilə birgə 2023-ün qışında gəlmişdi. O üç futbolçudan ən çox fayda verən elə Benzya oldu. Düzdü, “Qarabağ” Konfrans Liqasının pley-off mərhələsində “Gent”lə oyunda penalti seriyasında Benzyanın qeyri-dəqiq toxunuşundan sonra Bakıya əliboş gəlmişdi. Amma təkcə ötən mövsüm Avropa Liqasındakı çıxışı nəyə desən, dəyərdi. Açığı, Benzya fərq yaratmırdı. Bunun da səbəbi “köhlən atlar”ın komanda şəklində ideala yaxın oynaması idi. Bu mövsüm isə qışaqədərki performansı onu ehtiyat oyunçuya çevirmişdi. Şəxsi həyatında baş verən problemlər, Kadinin o mövqe üçün transfer olunması, eləcə də maliyyə baxımından sərfəli təkliflər əlcəzairli futbolçunun Ağdam təmsilçisindən ayrılmasına səbəb oldu.
Patrik Andrade də onlarla “Qarabağ” futbolçusu kimi gedib, sonra dönənlərlərdən oldu. Birinci “Qarabağ” dönəmi çox yaxşı idi. Elə buna görə də “Partizan”a getdi. Lakin orda istədiyi rahatlığı tapa bilməyən Patrik Qurbanovun yanına qayıtdı. Geridönüş isə istənilən kimi alınmadı. “Bude/Qlimt” ilə qarşılaşmanı çıxsaq, başqa parlaq oyunu olmadı.
Marko Veşoviç isə yəqin ki, “Qarabağ” tarixinin gəlmiş-keçmiş ən yaxşı sağ cinah müdafiəçilərindən biridi. Monteneqrolunun iki problemi oldu - yaş və zədə. Əslində yaşı 33 olmasaydı, belə çox zədələnməzdi. Ən azı zədələnsə də, tez bərpa olunardı. Veşoviç bu mövsüm tam ehtiyat oyunçu statusu ilə barışdı. Nəinki Mateus Silva, sol cinah müdafiəçisi Toral Bayramov, uzun müddət topdan uzaq qalan Abbas Hüseynov belə Qurban Qurbanovun gözünə Markodan daha yaxşı göründü.
Qurban bəyin bu dörd futbolçu ilə bağlı qərarı doğrudu. Qalır digər faydasız futbolçuların göndərilməsi və “Qarabağ”ın adına yaraşan transferlər...
MÜZƏFFƏR QULUZADƏ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 16 İyun 2025 13:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see425

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see395

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see383

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see300

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see287

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see280

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see280

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see275

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see268

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see264

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see247

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see241

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see240

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see237

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see236

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see236

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see235

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see233

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see230

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see228
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri