“Qarabağ”dan Qurban Qurbanovun Barselonaya səfəri ilə bağlı açıqlama
Icma.az, Sportal.az saytına istinadən bildirir.
Xəbər verdiyimiz kimi, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov “Barselona”nın düşərgəsində olub.
Sportal.az Ağdam klubunun saytına istinadən xəbər verir ki, təcrübəli mütəxəssis üçgünlük səfər çərçivəsində Kataloniya klubunun həm əsas, həm də U-19, U-15 və U-10 komandalarının məşqlərini izləyib.
Q.Qurbanov “Barselona”nın almaniyalı baş məşqçisi Hans-Diter Flik, UEFA Gənclər Liqasının qalibi olan U-19-un çalışdırıcısı Yuliano Beletti və klubun idman direktoru Deku ilə fikir mübadiləsi aparıb.
Flik "Qarabağ"ın baş məşqçisinə növbəti mövsümün gedişində yenidən “Barselona”nın düşərgəsinə gəlməyi tövsiyə edib. Mütəxəssisin növbəti mövsümdə “Barselona”nın düşərgəsinə daha uzunmüddətli səfəri planlaşdırılır.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 24 May 2025 22:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















